Avropaya getmək istəyirsən, amma büdcən çatmır? 💸✈️
Narahat olma — European Solidarity Corps (ESC) sayəsində sən də mənim kimi tam pulsuz şəkildə başqa ölkədə yaşaya bilərsən!
Mən ESC könüllü layihəsi ilə 2 ay Türkiyədə yaşadım və bütün xərclər – gediş-gəliş bileti, qalacaq yer, yemək, sığorta, cib xərcləri – hamısı qarşılandı. Sadəcə özünü inkişaf etdirmək, yeni dostlar qazanmaq, başqa ölkənin mədəniyyətini görmək və faydalı işlər görmək lazım idi. ❤️
Bu videoda sizə:
✨ ESC nədir və kimlər üçün nəzərdə tutulub?
✨ Seçilmək üçün hansı sənədlər lazımdır?
✨ Mənim Türkiyədəki real könüllü təcrübəm necə keçdi?
✨ Günlük fəaliyyətlər, çətinliklər və ən gözəl anlar
✨ Layihə tapmaq üçün ən yaxşı məsləhətlər
✨ Qəbul şansını necə yüksəltmək olar?
Hamısını detallı şəkildə bölüşürəm.