Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Sabina Valiyeva
  • İnkişafın görünməyən üzü
    Sabina Valiyeva
  • 8 Görüntüleme
  • 09.06.2026
  • 4 dk. okuma

İnkişafın görünməyən üzü

İnkişaf nə cəmiyyətin sənə verdiyi ötəri statusdadır, nə masanın üzərinə qoyulan o soyuq vəzifə adlarındadır, nə hər ay hesabına köçən rəqəmlərin çoxluğundadır, nə də insanların sırf nəzakət naminə sənə söylədiyi bəzəkli, içi boş sözlərdədir... Əsl inkişafı insan yalnız öz içinə dönəndə, dünənki özü ilə bugünkü özünü tərəziyə qoyub müqayisə edəndə gözlə görür.

İnkişafın görünməyən üzü

İnkişaf nə cəmiyyətin sənə verdiyi ötəri statusdadır, nə masanın üzərinə qoyulan o soyuq vəzifə adlarındadır, nə hər ay hesabına köçən rəqəmlərin çoxluğundadır, nə də insanların sırf nəzakət naminə sənə söylədiyi bəzəkli, içi boş sözlərdədir... Əsl inkişafı insan yalnız öz içinə dönəndə, dünənki özü ilə bugünkü özünü tərəziyə qoyub müqayisə edəndə gözlə görür. O, ruhun səssiz təkamülüdür; köhnə versiyanın qorxudan addım ata bilmədiyi, səsini çıxarmağa cəsarət etmədiyi o qaranlıq dalanlardan bu gün yeni versiyanın başıdik və inamla keçə bilməsidir. Hətta bir işi ilk cəhddə bacarmasan belə, yolundan dönmədən, ruhdan düşmədən daim sınamaq, səhvlərini səni aşağı çəkən bir ağır zəncir kimi deyil, üzərinə basıb ucalacağın bir pilləkən kimi görüb onlarla böyüyə bilməkdir. Həqiqi inkişaf, rəqiblərini və ətrafındakı insanların uğurlarını görüb heç birinə daxili bir paxıllıq və ya qısqanclıq bəsləmədən, hər birinin nailiyyəti ilə səmimi şəkildə qürur duymaq və özünü başqalarının parıltısı ilə deyil, yalnız özünün keçmiş kölgəsi ilə müqayisə edə bilmək asudəliyidir. O, nəhayət ki, hər şeyə görə dünyanı ittiham edən o uşaq pozisiyasından çıxıb, məsuliyyəti öz üzərinə götürmək, günahı daim başqalarında və şəraitdə görmək bəhanəsindən əl çəkərək, insanı içdən-içə çürüdən o rahatlıq və tənbəllik zonasını tərk etməkdir. Çünki yalnız bu çürümə zonasından çıxanda, insanın özünün daha yetkin bir digər versiyası ilə gerçək yarışı başlayır.

Bu yol, başqalarının səni başa düşməsini, sənə haqq verməsini və ya yoluna işıq tutmasını gözləmədən, hamıdan əvvəl özün öz daxili dünyanı anlamağa, öz qaranlıq tərəflərinlə üzləşməyə çalışmaq fədakarlığıdır. İnkişaf etmək — bəzən ən böyük fəryadların belə susqunluqda gizləndiyini, susduqlarının da içində dərin bir mesaj daşıdığını bilmək, daxilində qopan o dağıdıcı fırtınaları kənara qışqırıb tökmədən, sakit, təmkinli və müdrik bir dillə izah edə bilmək mədəniyyətidir. Hər dəfə həyat səni sınağa çəkəndə, planların alt-üst olanda üsyankar bir şəkildə göylərə baxıb “niyə məhz mən?” deyə gileylənmək əvəzinə, böyük bir iradə və cəsarətlə “bəs mən bu çətin vəziyyətdən, bu ağrılı təcrübədən özüm üçün nə öyrənə bilərəm, harada səhv etdim?” sualını özünə verə bilmək ucalığıdır. O, hər yıxılanda, hər diz sındıranda orada çarəsizcə və qurban rolunda qalmaq deyil, yenidən ayağa qalxmaq üçün ətrafdan mərhəmət dilənmədən, özünə dostca və güclü bir əl uzatmağı bacarmaqdır. Bir zamanlar səni ağladan, gecələr gözünə yuxu haram qatan, sındıran və sarsıdan şeylərə bu gün keçmişin uzaq bir xatirəsi kimi başını dik tutaraq, daxili bir hüzur və təbəssümlə baxa bilmək gücüdür. O, heç kimin sənin arxanda dayanmadığı, hər kəsin səni tək buraxdığı və inamını itirdiyi o ən qaranlıq anlarda belə, özünün səssiz daxili dəstəkçisi olmaq, özünə inanmaq və nə olursa-olsun öz yanında qətiyyətlə durmağı bacarmaqdır.

Çünki inkişaf — bir gecədə baş verən möcüzə deyil, səbirlə, göz yaşları ilə, dözümlə yoğrulmuş və ilmək-ilmək toxunmuş uzun, məşəqqətli bir yolun adıdır. O yol ki, sonundakı parlaq bir mükafat və ya zahiri bir alqış üçün deyil, sadəcə daxildən bütövləşmək, saflaşmaq və dəyişmək üçün seçilir. O yol ki, bəlkə kənardan baxan kütlələr üçün çox parlaq və cəlbedici görünməz, amma insanın öz daxili dövlətində, öz mənliyində böyük, geri dönüşü olmayan, səssiz inqilablar yaradar. Və bəlkə də hər şeydən ən vacibi: inkişaf — bir zamanlar sənə gizlicə pıçıldayan və ya uca səslə ruhunu sındırmağa çalışan o “bacarmazsan”, “səndə alınmaz” deyən daxili və ya xarici səslərin, bu gün sənin göstərdiyin daxili qətiyyət, əzm və iradə qarşısında çarəsizcə əyilərək “yenə də cəhd et, çünki sən artıq o köhnə insan deyilsən” deməyə başlamasıdır.

Diğer yazılar

kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2026, bir BONPARA projesi. Tüm hakları saklıdır.