☕ RJ Nexus v1.12.0 çıxdı, kofeniz hazırdır!

Hər fincan kofe mənim üçün yeni bir sətir kod, yeni bir düzəliş, yeni bir ideya deməkdir. Siz də mənə o kofeni alanda RJ Nexus bir az daha böyüyür.


4 baxış
26.11.2026
1 dəq oxuma


Salam, əziz dəstəkçilərim!

 

Hər fincan kofe mənim üçün yeni bir sətir kod, yeni bir düzəliş, yeni bir ideya deməkdir. Siz də mənə o kofeni alanda RJ Nexus bir az daha böyüyür. Bu yeniləmə də məhz sizin sayənizdə hazırdır. Çox sağ olun! 💚

 

🎨 ƏN MARAQLI YENİLİK: Marketing Post Generator

 

İndi yazınızı admin paneldən çıxmadan sosial şəbəkə şəklinə çevirə bilərsiniz.

 

• Posts səhifəsində "Create Marketing Post" düyməsini basın

• 8 layout və 8 sürətli stil arasından seçin

• Öz loqonuzu, rənglərinizi və ya şəkli əlavə edin

• PNG, JPG və ya WebP kimi yükləyin

• Bütün ölçüləri (1:1, 4:5, 9:16, 16:9, 4:3) bir ZIP-də götürün

 

Yəni bir yazı, bir dizayn, bütün şəbəkələr. Kofenizi içincə hər şey hazır olur. 😄

 

⚡ DİGƏR YENİLİKLƏR

 

• Quick Edit: başlığı, slug-u və statusu siyahıdan birbaşa dəyişin

• Brauzer bildirişləri və 20+ səs seçimi

• Sidebar-da yeni RJ Apps bölməsi

• 4 yeni dil: Norveç, Fin, Bolqar və Serb dilləri. İndi cəmi 55 dil var! 🌍

 

🛠️ DÜZƏLİŞLƏR

 

• Uzun başlıq və slug-lar artıq Posts və Pages siyahısını pozmur

• Page səhifələrində dil bayraqları düzgün görünür

• Danimarka bayrağı əlavə olundu

• Activity Log qeydlərini yenidən silmək olur

 

🔄 NECƏ YENİLƏYİM?

 

Admin → Updates → Check for Updates → Install Update Now.

Yeniləmədən əvvəl ehtiyat nüsxə götürməyi unutmayın (Sidebar → Tools → Backup).

 

💬 Marketing Post Generator-u sınayın və fikrinizi yazın. Hansı layout daha çox xoşunuza gəldi? Nə əlavə olunsun? Hər rəyi oxuyuram.

 

Bir fincan kofe üçün təşəkkürlər. Növbəti yeniləmədə görüşənədək! ☕

 

Ruhid Javadov

rjnexus.org