Yazı 4: Bədii ədəbiyyatı nə üçün oxumalı?

Bədii ədəbiyyat əhəmiyyətlidir. Çox!


1059 baxış
26.08.2023
1 dəq oxuma

İndi rayondayam. Yanımda isti çayla dolu ənənəvi termosum, palıd ağacına söykənib Erix Bernin "Игры, в которые играют люди" kitabını oxuyurdum. Çoxdan oxumağı planlaşdırdığım non-fiction idi. 15-20 səhifə oxudum. Hava biraz qaraldı, keçdib ənənəvi audiokitaba, ot üzərində uzanıb Daniel Kanemanın "Думай медленно… Решай быстро" kitabına keçdim. Son 1 həftədə əsas audiokitabım budur. Bu da non-fiction. Daha 2 non-fiction da ev kompüterimdə dinləyirəm  Frans Lözerdən "Тренировка памяти" və Berd və Şervindən "Оппенгеймер. Триумф и трагедия Американского Прометея" kitabını. Amma bu qısa yazımı non-fiction haqqında yazmayacam, mənim həyatımda əvvəllər və xüsusilə də indi bədii ədəbiyyatın oynadığı roldan yazacam.
Mənim fikrimcə bədii ədəbiyyat oxunmalıdır. Nəinki non-fiction başqa, nəinki non-fiction qədər, amma hətta non-fictiondan da çox. Post-sovet təhsil və təbiyyəsi daha çox hədəfyönümlülük aşılayır. Hamı iş dalınca, hamı pul dalınca qaçır. Hətta kitab oxuyan tapsanız da onların əksəriyyəti özünüinkişaf, time-managment, uğurlu investisiya siyasətləri haqqında oxuyur. İnsan 24/7 rejimində effektiv ola bilməz, dünyanın bütün pullarını qazanmaq olmaz. Bədii ədəbiyyat oxumaq isə həyatımıza 3 mühüm element qatır:
- həyatımıza estetik hissi gətirir. Gözəlliyi riyazi formullarla başa düşə bilməzsiniz, onu hiss edəcəksiniz
- bu təlatümlü zamanda həyatımıza bir balans gətirir, ahəng qatır
- ən əsası, xeyiri şərdən, müsəlman olsaydım deyərdim, halalı haramdan ayırmağı öyrədir.

Oxuyun və övladlarınıza da aşılayın bu vərdişi.