Sinqapurda olan saqqız qadağası 🇸🇬

⛔ 1992-ci ildən bəri Sinqapurda saqqız çeynəmək və satmaq qadağandır. Qaydanı pozanlara yüksək cərimə tətbiq olunur. Küçələrin təmizliyinə burada çox ciddi yanaşırlar. Saqqızı küçəyə atanlar 1000 Sinqapur dollarına (1,341 AZN) qədər cərimə edilə bilər.


235 baxış
27.02.2026
1 dəq oxuma

Qadağanın səbəbi isə insanlar çeynənilmiş saqqızları lift düymələrinə, poçt qutularına və ictimai yerlərə atırdılar. Onların təmizlənməsi dövlət büdcəsinə hər il təxminən 150,000 Sinqapur dollarına başa gəlirdi.

Hökumət bu qadağanı ölkənin "təmizlik və nizam" imicini qorumaq və kiçik vandalizm aktlarını aradan qaldırmaq üçün radikal bir həll yolu kimi görmüşdür.