Qusar niyə bu qədər fərqlidir? Səbəbi iqlimində gizlənir

Bir neçə kilometr içində şəhərdən meşəyə, meşədən dağ iqliminə keçmək mümkündür. Qusarın bu fərqliliyinin maraqlı bir səbəbi var.


19 baxış
31.08.2026
1 dəq oxuma

Qusarda gəzərkən maraqlı bir şeyi tez hiss etmək olur: mənzərə və hava qısa məsafədə belə dəyişə bilir.

Bir neçə dəqiqə əvvəl şəhərin mərkəzində avtomobillərin və insanların arasındasan, bir az sonra isə özünü sakit, sıx ağaclarla əhatələnmiş meşə yolunda tapa bilirsən.

Bunun səbəblərindən biri Qusarın yerləşdiyi coğrafi ərazidir. Azərbaycanda mövcud olan 9 iqlim tipindən 4-nə Qusar rayonu ərazisində rast gəlinir. Buna görə rayon daxilində düzənlik, meşə və yüksək dağlıq ərazilərin təbiəti bir-birindən ciddi şəkildə fərqlənə bilir.

Hündürlük artdıqca temperatur aşağı düşür, bitki örtüyü və mənzərə dəyişir. Məhz buna görə Qusarda nisbətən qısa məsafə ərzində şəhər həyatından yaşıl meşələrə, daha sonra isə Böyük Qafqazın sərt dağ təbiətinə keçmək mümkündür.

Bəlkə də Qusarın ən maraqlı xüsusiyyətlərindən biri budur: bir rayon daxilində sanki Azərbaycanın bir neçə fərqli üzünü görmək olur.

🌧️ Son gəzintimdə mən də bunun kiçik bir hissəsini lentə aldım. Yağışlı Qusar mərkəzindən başlayan yol meşəlik ərazidən keçir və sakit park yollarında davam edir.

🎥 Walking in the Rain in Qusar, Azerbaijan 🇦🇿 | 4K Rain Walk