Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Hüseyn Qəhrəmanov
  • Qurunun oduna yanan yaşam mən
    Hüseyn Qəhrəmanov
  • 307 Görüntüleme
  • 15.06.2024
  • 3 dk. okuma

Qurunun oduna yanan yaşam mən

Mən isə onların arxasında canlı növbə gözləyirdim. Sürücü əyləcə elə ani basdı ki, önümdəki oğlanın üstünə yıxıldım. Buna görə məhcub oldum, ancaq fərqində deyildim ki, qurunun oduna yanan yaşam mən...

Qurunun oduna yanan yaşam mən

Bu gün də hər səhərki adətim üzrə işə getmək üçün avtobusa minmişdim. Avtobusun Koroğlu metrosuna çatmasına 3-4 dəqiqə qalmış ayağa qalxıb qapıya yaxınlaşıram ki, avtobusdan birinci özüm düşüm. Kimisə gözləməli olmayım ki, işə daha tez çatım. Bu dəfə məndən də zirək olan 2-3 nəfər artıq qapının önündə dayanmışdı, mən isə onların arxasında canlı növbə gözləyirdim. Sürücü əyləcə elə ani basdı ki, önümdəki oğlanın üstünə yıxıldım. Buna görə məhcub oldum, ancaq fərqində deyildim ki, qurunun oduna yanan yaşam mən...

“Qurunun oduna yanan yaşam mən” deyəndə ağlıma uzaq keçmişdə yazmış olduğum şeir gəldi. Şair olmadığım üçün qüsurlarla dolu ola biləcək bu şeiri yenə də sizlərlə paylaşmaq istərəm:

“Mən”

Sənsiz paramparçayam,

Sənsiz daim heçəm mən.

Qəlbi yarayla dolmuş  

"Sən də gəl vur, keç"əm mən.

 

Sənsiz küçələrdəki 

Sənli addımlaram mən.

Yoxluğunda hər zaman 

Sənlə addımlaram mən.

 

Zənn etmə güldüyümü, 

Gülüşdəki qəməm mən,

Nolar, dön gəl, sevdiyim, 

Elə həmən mənəm mən. 

 

Yoxsa yalan danışdım, 

Saxta bir bədənəm mən.

Bircə sözün bəsimdir, 

Desən "get", gedərəm mən.

 

Bütün qüssələrimdə 

Sevgi görən kəsəm mən,

Sevgi dolu hayqıran,

Sevgi deyən səsəm mən.

 

Olmasaydı qəm-kədər, 

Bilirdim ölərəm mən,

Vermədiyin sevgini 

Uzaqdan bilərəm mən.

 

"Yoxdur, üz artıq əlin", 

Desələr, üzmərəm mən.

Sənə olmayıb kinim, 

Biləsən, küsmərəm mən. 

 

Saat dörddə yazılıb, 

Bitən bir şeirəm mən.

Həm Məcnun, həm Leyliyə,

“Xanım qız” deyirəm mən.

 

Soruşsalar kim bu qız, 

Söylə ən gözələm mən,

Hüseynin həm yariyəm,

Həm ona özələm mən. 

 

Çəkərəm hər nazını, 

Təkliyə dözərəm mən.

Gəlsən nə hıqq eylərəm,

Nə dodaq büzərəm mən.

 

Avtobusdakı hadisə üçün də bir bənd cızma-qara etsəydim, yəqin aşağıdakı kimi olardı:

 

Normaldır yıxılmağım,

Nə heykəl, nə daşam mən.

Həm məhcub, həm çaşbaşam,

Odda yanan yaşam mən...

 

Artıq mövzumuza qayıtmağın vaxtıdır. Onsuz da şeiri bəyənməyən və ya şeirlə əlaqəsi olmayan oxucuları “Mən” şeirinin ilk misralarında itirmişəm. Heç olmaya geriyə qalanları dəyərləndirim. 

Üstünə yıxıldığım oğlan arxaya dönüb mənə baxdı. Üz mimikalarım və başımın hərəkəti ilə ondan üzr istədim. Anlayışlı insanlar adətləri üzrə üzrxahlığı qəbul edir və “narahat olma”, “eybi yox”, “heç nə olmaz” kimi ifadələr işlədir. Bu oğlan isə belə dedi:

 - Sənin səhvin deyil, şoferin səhvidir. 

Bu cümlə məni duyğusal titrətdi. Sanki qəflət yuxusundan oyandım. Necə də haqlıdır?! Mənim səhvim deyil. Mən burada qurunun oduna yanan yaşam sadəcə. Və fərqinə varanda ki, bu günə kimi başqalarının səbəb olduğu onlarla səbəbdən dolayı elə onlarla dəfə üzr istəyirik, bu məni daha da incitdi. Axı bizim səhvimiz deyil?! Görəsən, Aristotel, Kant, Sokrat, Russo, Osho, Freud, Alfred, Yunq, Coşqun Kərimov bu hadisələr barəsində nə düşünərdi? Onlar həmin anlarda yenə də üzr istəməli olduğumuzu müdafiə edər, yoxsa başqa bir alternativ təklif edərdi?

Bəs siz? Siz bu barədə nə düşünürsünüz?

Diğer yazılar

Döyüldüm

Döyüldüm

  • 144 Görüntüleme
  • 18.03.2025
  • 8 dk. okuma
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Herkes
Daha fazla bilgi
Ağsaqqal

Ağsaqqal

  • 207 Görüntüleme
  • 22.02.2025
  • 9 dk. okuma
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.