Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Hüseyn Qəhrəmanov
  • Kişilər ağlasa...
    Hüseyn Qəhrəmanov
  • 364 Görüntüleme
  • 29.04.2024
  • 3 dk. okuma

Kişilər ağlasa...

Bilirsiz, kişilər ağlasa, nələr olar?! Məncə yox. Çünki sizlərdən də əksəriyyəti oğluna “Kişilər ağlamaz” deyəcək.

Kişilər ağlasa...

Bilirsiz, kişilər ağlasa, nələr olar?! Məncə yox. Çünki sizlərdən də əksəriyyəti oğluna “Kişilər ağlamaz” deyəcək.

Nə qədər şanslıdır qızlar?! Qızları ağlayan varlıqlar kimi böyüdürlər. Kişilər ağlamaz deyib qızların ağlamalı olduğunu aşılayırlar. Beləcə qızlar da bu istiqamətdə böyüyürlər. Şanslıdırlar, çünki ağlayırlar. Çünki ağlaya bilirlər. Mən ağlamağın yaxşı bir şey olduğunu, sizə ağlamağı təbliğ etmirəm. Ancaq ağlaya bilmək lazımdır. Çünki insan orqanizmasında gözlər ağlaya bilir. İç dünyamız ağlaya bilir. Demək ki, ağlamaq istifadəmiz üçündür. Ağlamaq bizə xidmət etməlidir. Necə?! Məsələn, siz bilirsiz ki, insan ağlayarkən gözündən çıxan yaş antibakterial funksiya daşıyır, gözləri bakteriyalardan təmizləyir?! Üstəlik gözün nəm qalması onu qoruyur. Əgər yaş olmasa, gözlərimiz daim quru, qızartılı və qan yığılmış halda olar.

Bəs psixoloji? Əlbəttə ki, ən önəmlisi elə psixoloji faydasıdır. Psixoloqlara diqqət etsəz, görərsiz ki, pasientlərinin ağlaması üçün şərait yaradırlar. Masalarında bir qutu salfet olur.

Qızlara ağlamağı öyrədirlər, ancaq kişilərə bunu qadağan edirlər. Kişilər ağlamaz. Ancaq onlar bilmirlər ki, dünyanın gözəlləşməsi üçün kişilərin ağlaması lazımdır...

Uşaqlıqdan bəri ağlamırıq. Biz kişilər, bizə deyirəm. Uşaqlıqdan bəri ağlamırıq. Bizə qız deyəcəklər deyə qorxuruq, utanırıq. Dişimizi sıxır, içimizdə hönkürür və hıçqıra-hıçqıra ağlayırıq. Zamanla bu da yoxa çıxır. Qəlb daşlaşmağa başlayır. Gün gəlir ki, bəlkə də ağlamalı olduğumuz şeyə soyuqqanlı yanaşırıq və ötürüb keçiririk. Hansı birimiz ağlamağı özünə yaraşdırır?! Heç birimiz...

Dünyaya yeni gələn çağanın əsas işi nədir? Ağlamaq. O duyğularını, istəklərini necə ifadə edir? Ağlayaraq. Hətta anadan olan kimi yaşadığını bilmək üçün yanına bir şillə də çəkirlər. Ağlasa, deməli, yaşayır. Siz heç görmüsüz, hansısa uşağın yaşadığını bilmək üçün onu qıdıqlasınlar, güldürsünlər? Şəxsən mən görməmişəm.

Yemək istəyən uşaq ağlayır, susayanda ağlayır, yuxusu gələndə ağlayır, oyananda ağlayır, anasını istəyəndə ağlayır, və s. və s. ağlayır. Bu ağlamaq duyğulu ağlamaqlardan deyil. Sadəcə tələbat üçün olandır. Ancaq zaman keçdikcə duyğular, hisslər də əlavə olur. Artıq böyüyən uşaq qəlbi qırıldıqca da ağlayır. Və həmin gün gəlib çatır. “Ağlama, yekə uşaqsan, qız zadsan?!” Həmin gündən bütün göz yaşları bayıra deyil, daxilə axmağa başlayır.

Nəysə, uzatmayacam. Həmin uşağın gələcəyini sizinlə bölüşəcəm, illər sonra yoldaşına bir şillə çəkir o adam. Zaman keçdikcə ikinci bir şillə və davamı gəlir. Təəssüf ki, göz yaşının nə olduğunu bilmirlər. Buna görə də yoldaşlarının ağlaması normal bir şey imiş kimi gəlir. Axı qızlar ağlayar, kişilər ağlamaz...

Danışmaqdan yoruldum, biraz da kövrəldim. Qısa kəsəcəm.

Kişilər ağlasa, bilin ki, onlardan yer üzündə tək-tükdür. Bir yerdə oxumuşdum, deyir ki, bir kişi bir qadın üçün ağlasa, o qadını bir də həmin kişi kimi sevən biri olmayacaq...

Diğer yazılar

Döyüldüm

Döyüldüm

  • 144 Görüntüleme
  • 18.03.2025
  • 8 dk. okuma
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Herkes
Daha fazla bilgi
Ağsaqqal

Ağsaqqal

  • 207 Görüntüleme
  • 22.02.2025
  • 9 dk. okuma
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.