Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Hüseyn Qəhrəmanov
  • BadClause'un güzgüsü
    Hüseyn Qəhrəmanov
  • 355 Görüntüleme
  • 09.05.2024
  • 4 dk. okuma

BadClause'un güzgüsü

Bu konsertə gələ bilmək üçün bir sıra şeyləri qurban vermişdim. Pulumu, zamanımı, istirahət günümü, dostlarımı və sevgilimi. Hə, hə. Dostlarımı və sevgilimi də qurban vermişdim.

Bu konsertə gələ bilmək üçün bir sıra şeyləri qurban vermişdim. Pulumu, zamanımı, istirahət günümü, dostlarımı və sevgilimi. Hə, hə. Dostlarımı və sevgilimi də qurban vermişdim.

- Yenə də eyni cümlələr, yenə də eyni cürünə mən.

Yazıb doldururam özümçün sonluğu düşünmədən...

Dostlarla uzun zamandır görüşə bilmirdik və zalımın balaları bu günə görüş təyin etmişdilər. Yəqin ki, bir də illər sonra bir araya gələcəkdilər. Ancaq bu məni zərrə qədər belə olsun narahat etmirdi. Bu konserti qaçıra bilməzdim.

- Mən yarı dostlarımla birgə, yarı kimsəsiz,

Sadəcə danışmaq istəyirəm, bir az hamı dinləsin.

Sevgilimlə də dalaşmışıq. Bir neçə ay olar ki, danışmırıq. Özü bilər, mənim kimi birini itirəndə düşünməli idi. Heç marağımda belə deyil.

- Məni hər bir şeydən soyutdu intizarı bir kəsin,

Artıq heç bir şey ifadə eləmir o alqışın səsi.

Elə bu ərəfədə bir nəfər özünü səhnəyə atdı, BadClause’a doğru qaçmağa başladı. Heç bir təhlükə sezilmirdi, çünki qollarını açaraq qucaqlamaq məqsədli yaxınlaşırdı.

İstəyinə nail oldu. Qucaqlaşdılar və BadClause’un qulağına nələrsə dedi. BadClause yəqin eşitdiklərindən vəcdə gəlib oğlanı təkrar qucaqladı. Gör necə istedadlı şəxsdir ki, bütün bu proses boyu oxumağa davam edirdi.

- Bəlkə yaxşı olaram, amma əvvəlkitək gülmərəm əsla,

Ya mən yanlış tablodayam, ya içkilidir rəssam.

Düşünürəm ki, ən mənasız, ən absürd şeyi seçmək üçün müsabiqə keçirilsə, sevgi duyğusu qalib olar. Sevgi qədər gərəksiz və ziyanverici bir şey yoxdur. Ən axmaq insanlar sevgi əzabı çəkənlərdir.

- Nədən yazım, nəyi izah etməyə çalışım?!

İtirdiyim hər şeyimi, itirdim içi sən qarışıq...

           Səhnədəki oğlan ya aşağı düşmək fikrində deyildi, ya da BadClause onu buraxmaq istəmirdi. Konsertdəki hər kəs elə bunları düşünürdü ki, gözləmədikləri hadisə baş verdi. BadClause əlavə bir mikrofon təşkil etdi və oğlana uzatdı. İndi onlar birgə oxuyurdular.

"Hər dəfə deyirsən gələcəm

Köhnə günlərin xatirinə

Gəl ən azından son dəfə

Əllərim toxunsun əlinə

Bağışla hər dəfə yazıram

Qovuşmaq asandır, unutmaq çətin…

Əgər ki qayıtsan bir gecə

Yağışı götür, günəşi gətir..."

Subaylıq sultanlıqdır. Elə buna görə də aşiq olmaq, sevmək gərəksizdir. Ağıl və qəlb heç vaxt bir ola bilməz. Həmçinin, qəlb heç vaxt ağıldan üstün ola bilməz. Mən bunun üçün Allaha and içə bilərəm. Amma nə isə. Cahilə nə qədər desən də, faydası yoxdur.

- Bilirdim ki, hәr şeirimi eşitdikcә sevinirsәn

Get indi bunu rәfiqәlәrinә dinlәt, de ki, "mәnә yazılıb".

Bir oğlanın özünü bir qız uğruna fəda etməsi nə qədər də aşağılıq bir hərəkətdir. Hələ qızın önündə diz çökən oğlanları demirəm. Mənim dostlarımdan biri elə ola, başını üzərəm o dostun.

Səhnədə konsert çılğın bir əda ilə davam edirdi. Hər kəs nəqəratın gəlməsini gözləyirdi. Çünki BadClause ilə birgə bu nəqəratı oxumaq xüsusi zövq verirdi. Nəqərata son bir bənd qalmışdı.

- Bәs indi xeyir ola onda? Sözün dә tutammırsan

Bilәrәk vurub yıxma yarı cәfadan usanmırsa

O qәdәr gözәl varkәn, bir tәk sәni şeir etmişdim

Sәnsә rәdd olub getdin, hələ də özündәn utanmırsan

Səhnəyə qalxan oğlan BadClaue ilə birgə ifa edərkən son misranı elə ucadan və içdən söylədi ki, var gücü ilə “Sənsə rədd olub getdin, hələ də özündən utanmırsan” qışqırmış oldu. Əsasən də, son sözü qüvvətlə vurğuladı, əlini gözlərinə tutdu və təslim oldu. Bədənində taqət qalmadı, dizləri üstünə çökdü. Bu dəmdə BadClause onun çəkdiyi əzabı hiss etdi və dizləri üstə oğlanın yanına çöküb ifasını davam etdirdi. Səsində qəhər olduğu bəlli idi. Kim bilir, bəlkə də ağlayır, bunu bəlli etməmək üçün savaşırdı.

Mən üzümü çevirib konserti tərk etməyə başladım.

( O özü də bilmir ki, konserti niyə tərk etdi. Əslində, yeganə səbəb var idi. Onun bu səhnəni dərk etməyə nə qəlbi, nə də ağlı qadir idi...)

Diğer yazılar

Döyüldüm

Döyüldüm

  • 144 Görüntüleme
  • 18.03.2025
  • 8 dk. okuma
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Herkes
Daha fazla bilgi
Ağsaqqal

Ağsaqqal

  • 211 Görüntüleme
  • 22.02.2025
  • 9 dk. okuma
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.