🌍 İdeyan səni hara apara bilər?

Karyeranızın inkişafı üçün beynəlxalq müsabiqələrdə iştirak etmək və dünyanı səyahət edərək, dünyagörüşünü genişləndirmək istəyənlər üçün vebinar.


19 baxış
23.07.2026
2 dəq oxuma

Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar?

Səyahət etmək, beynəlxalq tədbirlərdə iştirak etmək, yeni insanlarla tanış olmaq və dünyagörüşünüzü genişləndirmək istəyirsiniz, amma bunun üçün böyük büdcənizin olmadığını düşünürsünüz?

Əslində dünyada gənclərə və startup qurucularına səyahət, təlim, mentorluq, network və beynəlxalq tədbirlərdə iştirak imkanı verən çoxsaylı proqramlar mövcuddur. Doğru ideya və düzgün müraciət sizi heç gözləmədiyiniz ölkələrə və imkanlara apara bilər.

Bu canlı vebinarda öz təcrübələrim əsasında ideya, startup proqramları, kitablar və süni intellekt vasitəsilə dünyaya necə açılmağın mümkün olduğunu danışacağam.

Vebinarda nələrdən danışacağıq?

🚀 5 startup, 5 fərqli səyahət və təcrübə

Qurduğum 5 startup layihəsi üzərindən:

  • ideyaların necə yarandığını;
  • hansı proqram və müsabiqələrə qatıldığımı;
  • bu layihələrin məni hansı ölkələrə apardığını;
  • nələri düzgün, nələri yanlış etdiyimi;
  • bu təcrübələrin karyerama və dünyagörüşümə necə təsir göstərdiyini bölüşəcəyəm.

📚 Dünyagörüşünü genişləndirən imkanlar

  • Gənclər və startup qurucuları üçün beynəlxalq proqramlar
  • Startup müsabiqələri və akselerasiya proqramları
  • Proqramları necə tapmaq və onlara necə müraciət etmək olar?
  • Səyahət vasitəsilə network, dil və təcrübə qazanmaq
  • Şəxsi seçimim olan və düşüncə tərzimə təsir edən 10 kitab

🤖 AI bu yolda sizə necə kömək edə bilər?

  • Özünüzə uyğun ideyanı tapmaq
  • Beynəlxalq proqramları araşdırmaq
  • Pitch deck və təqdimat yaratmaq
  • İngilis dilində mətnləri təkmilləşdirmək
  • Ümumi deyil, konkret nəticə verən promptlar hazırlamaq

🎁 İştirakçılara hədiyyə

Vebinardan sonra bütün iştirakçılara xüsusi PDF təqdim ediləcək. PDF-də:

  • vebinarın əsas məqamlarının qısa xülasəsi;
  • beynəlxalq proqram və müsabiqələrin siyahısı;
  • faydalı keçidlər;
  • ideya, karyera və müraciətlər üçün istifadə edə biləcəyiniz 5 praktik AI promptu yer alacaq.

Kimlər üçün uyğundur?

Bu vebinar:

  • tələbələr və yeni məzunlar;
  • dünyanı gəzmək və beynəlxalq təcrübə qazanmaq istəyən gənclər;
  • startup ideyası olan və ya ideya axtaranlar;
  • beynəlxalq proqramlara qoşulmaq istəyənlər;
  • AI alətlərindən daha effektiv istifadə etməyi öyrənmək istəyən hər kəs üçündür.

📅 Tarix: 31 İyul 2026
🕒 Saat: 20:00
💻 Format: Google Meet ilə Onlayn canlı vebinar

☕ Qoşulmaq üçün Kofe.al platformasında bir kofe almağınız (kofe.al/orkhan) və qeydiyyat formunu doldurmaq kifayətdir.

Yerlər məhduddur. Qeydiyyatdan keçərək iştirakınızı əvvəlcədən təsdiqləyin.

🔗 Qeydiyyat: https://forms.gle/QqMHqgJFY18nPS2P7