10 il bundan öncə Bitcoin ilə tanış olduğumda, heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa kriptovalyuta mayninqini sadəcə telefonda ekrana tıklayaraq qazanmaq mümkün olacaq.
Ancaq gəlin, qısaca olaraq əvvəldən başlayaq. Bitcoin ortaya çıxdıqda, onun mayninqi üçün kompyuterin hesablama gücü tələb olunurdu. Əməliyyatların sayı artıqca, mayninq üçün istifadə edilən avadanlığın da gücündə tələbat artmağa başlamışdı və hazırda bitcoin mayninqi üçün xüsusi kompyuter avadanlıqları tələb olunur ki, onların işi yalnız və yalnız bitcoin kimi kriptovalyutaları mayninq etməkdir. Təbii ki, bu belə davam edə bilməzdi və kriptovalyuta mayninqi üçün yeni həllər fikirləşib, sonradan daha bəsit və adi serverdə quraşdırılan proqramlar vasitəsilə mayninq edilməsi mümkün olmuşdu. Hazırda demək olar ki, Ehtereum daxil əksər kriptovalyutalar məhz balansda olan məbləğ həcminə görə mayninq etmə imkanı verir. Giriş üçün məncə bu qədər yetər, odur keçək əsas mövzumuza.
Bazara yeni blokçeyn layihəsi və yaxud kriptovalyuta tanıdıldıqda, çoxsaylı istifadəçi toplamaq üçün layihələr çoxdan bəri AİRDROP-lardan istifadə edirlər. Qısaca desək, yeni istifadəçilərdən önəcədən qeydiyyat və layihəni sosial mediada tanıtım etmək qarşılığında, müəyyən miqdarda pulsuz tokenlərin verilməsidir. Əvvəllər airdroplar çox asan yolla reallaşdırılsalar da, getdikcə istifadəçilərdən daha çox iş istəyib əvəzində lotoreya əsasında yalnız müəyyən sayda seçilmişlərə token verilməsi ilə nəticələnmişdi. Buna görə də son dövrlərdə airdrop proqramlarında çox adam iştirak etmirdi. Ancaq hər şey NOTCOİN çıxışı ilə dəyişdi.
Notcoin
Notcoin Telegram messenceri üzərində, Ton blokçeyn əsaslı bəsit bir oyun kimi təqdim edilmişdi. Layihə haqqında heç bir məlumat verilməmişdi, tək etməli iş ekranın ortasında yerləşmiş qəpik şəklinin üzərinə tıklayaraq, xallar toplamaq idi.
Bəli, sadəcə ekranı tıklamaqla xallar toplanırdı və heç kəs bunun nə ilə nəticələyini bilmirdi. Ancaq, çox bəsit bir oyun virus kimi yayılaraq hər kəs tərəfindən oynanılmağa başlanmışdı. Oyunda toplanan xallardan istifadə edərək tıklama zamanı əmələ gələn xal sayını artırmaq, tıklama müddətini uzatmaq və digər gücləndiriciləri aktivləşdirmək mümkün idi.
Nəhayət 14 May 2024 tarixində Notcoin Binance, ByBit və OKX birjalarında tradinq üçün aktivləşdirilir və iştirakçılara xalların qarşılığında NOT adlı tokenlər hədiyyə edilir. Bu token bəzi insanları milyoner etsə də, ortalama bütün oyunçulara $400 dəyərində kriptovalyuta qazandıra bilmişdi. Hazırda Notcoin birja dəyəri 1 Not = $0.026
Qeyd edim ki, hazırda Notcoin oyunu sonlanıb, ancaq yaradıcılar yeniliklər əlavə edəcəklərini bildiriblər. Odur tezliklə oyunun davam edəcəyi ehtimalı var. Bundan əlavə, toplanmış Notcoinləri sistem daxilində Stake (borca vermək) etməklə, hər 30 gündən bir əlavə komissiya qazanmaq mümkündür.
Oyunda QEYDİYYAT üçün keçid edə bilərsiniz. Qeyd edim ki, oyun yalnız Telegram messenceri üzərində çalışır.
Notcoin-i qaçırdığınızı düşünürsünüzsə, heyifslənməyin. Çünki, Notcoin uğurundan sonra, ardıcıl oxşar layihələr çıxmağa başladı və aşağıda məhz bu oyunlar haqqında qıcaca məlumat paylaşacağam. Başlayaq.
Hazırda Notcoin uğurundan sonra, çox böyük marağa sahib olan oyundur. Bu oyun Notcoin-ə çox bənzəsə də, kiçik bir fərqi var. Eyni Notcoin kimi ekrandakı qəpiyi tıklamaqla xallar toplamalısınız. Amma bununla yanaşı, Dost dəvəti, Mayninq və Gündəlik tapşırıqları yerinə yetirməklə xallarınızı toplanmasını avtomatlaşdıra və heç tıklamadan da, oyunun sizin üçün hər gün xal toplamasını aktivləşdirə bilərsiniz.
Oyunda nə qədər çox xal toplasanız, personajınız dəyişməyə başlayır. Ancaq əsas hissəsi ekranın yuxarı sağ küncündə olan saatlıq xal miqdarını aktivləşdirmək və artırmaqdır. Bunun üçün Mine bölümündən xüsusi kartları xallara dəyişərək və onları inkişaf etdirərək, gəlirinizi artıra bilərsiniz.
Bundan əlavə bəzi kartları aktivləşdirmək üçün Dostları dəvət etməli və əlavə xal qazana bilərsiniz. Gündəlik tapşırıqları etməklə isə, 15 gün ərzində 6 milyondan çox xal toplaya bilərsiniz. Hazırda oyun aktiv yayılır və tezliklə birjaların birində Token olaraq aktivləşdiriləcəyi gözlənilir.
Oyunda QEYDİYYAT dan keçərək, xalları toplamağa başlaya bilərsiniz.
Hamster Kombatdan sonra ən çox müzakirə edilən oyun isə BLUM oyunudur. Bu oyun Binance-da işləmiş top menecerlər tərəfindən yaradılan yeni trading platformasının təməlidir. Yəni oyun əslində Telegram messenceri daxilində ilk kriptovalyuta birjası üçün qurulub və 2024-cü ilin sonunda aktivləşdirilməsi gözlənilir. Məhz bu xüsusiyyət oyunu digər bənzər oyunlardan fərqləndirir desəm yanılmaram. Ancaq, fərq tək bundan deyil. Oyunun öz mexanikası və dost dəvəti proqramı da digərlərindən fərqlənir. Gəlin bir-bir, qısaca açıqlayım.
Oyun - bu oyunda da ekranı tıklamaq gərəksə də, ekran ortasındakı qəpiyi deyil, yuxarıdan yağan yaşıl qar dənəciklərini tıklamaqla xallar qazana bilirsiniz. Yaşıl qar dənəcikləri ilə yanaşı 🧊 buz parçası və 💣 dinamit də düşür. Burda diqqətli olmaq lazımdır. Belə ki, buz parçasına tıkladıqda dənəciklər donur və siz daha rahat onları toplaya bilirsiniz. Dinamitə tıklasanız bütün xallarınız yanmış 😔 olacaq.
İkinci məqam odur ki, oyun üçün sizə gündə 4-5 şans verilir və yeni oyunlar üçün dost dəvəti etməlisiniz ki, oyun aktivləşsin. Dost dəvətində isə digər fərqlilik ondan ibarətdir ki, dəvət etdiyiniz şəxslərin topladıqları xalların 10% qədəri və onların dəvət etdiklərinin topladıqlarından da 2.5%-i sizin hesaba əlavə olunur.
Nəhayət oyunda toplanmış xallar farming olunaraq, hesabda aktivləşdirilir. Ümumilikdə bu oyuna gün ərzində bir neçə dəfə daxil olub, yeniləməyiniz kifayətdir.
Oyunda iştirak yalnız Dəvət ilə olduğundan bu keçiddən istifadə edərək oynaya bilərsiniz.
Siyahıda olan 3-cü oyun CATİZEN isə adından da bəlli olduğu kimi Pişiklərlə bağlıdır. Bu oyunda diqqət çəkən məqam ondan ibarətdir ki, Dubayda keçirilən TOKEN 2049 tədbirində Telegram təsisçisi Pavel Durov təqdimatında məhz bu oyunu xüsusi olaraq qeyd etmişdi. Bu oyun da digərlərinən fərqlənsə də, arxasında duran məntiq eynidir. Qısaca, bu oyunda siz pişiklər alaraq, onları cütləşdirməlisiniz və bu sonsuzadək davam edir. Nə qədər çox pişik cütləşdirsənəz, bir o qədər bahalı pişik əmələ gəlir ki, oyundaxili mağazaya gələn virtual alıcılar bu pişikləri alaraq, sizə xallar hədiyyə edirlər. Çox güman ki, bu xallar da nəticədə Token olaraq birjada satışa çıxarılacaq.
Oyunda QEYDİYYAT
Qeyd etdiyim oyunlar hazırda ən populyarları, həm də perspektivli olanlardır. Ancaq bunlarla yanaşı Notcoin-ə bənzər və demək olar ki, heç bir fərqi olmadığına görə əlavə izaha ethiyyac olmayan, bir neçə oyun da var ki, onların da adları və qeydiyyat linklərini aşağıda paylaşacağam. Buyurun, qeydiyyatdan keçərək, airdroplarda iştirak edin.
Təbii ki, bu oyunların heç də hamısı uğurlu olacağına zəmanət vermir, amma yoxlamağa dəyər.