Bu məqalə özünü yaxşı hiss etməyinə səbəb olacaq :)

İnsan nə qədər dəyərli və qiymətli bir şeyə sahib olsa da belə, zaman keçdikcə həmin o dəyərli hesab etdiyi gözündə adiləşir. Nəticədə qəlb tətminlik duyğusunu yenidən əldə etmək üçün yeni axtarışlara çıxır...


2288 baxış
03.09.2023
1 dəq oxuma

• İnsan övladını hər gün görüb öyrəşir, amma nə qədər dəyərli bir nemət olduğunu unudur. Bir anlıq dayan və düşün: Nadinc hesab etdiyin övladın, bütün övladı olmayanların xəyalıdır.

• İnsan hər səhər həyat yoldaşının yanında oyanır, amma evlilik nemətinin fərqinə belə varmır. Halbuki, subayların xəyalıdır ailə qurmaq.

• İnsan hər gün süfrəyə yeməyini qoyur, amma doymağın şükrünü edə bilmir... 

• O dəyərini heç bilmədiyin, ən qiymətli varlığın olan sağlamlığın, bütün sabahı gözləyən xəstələrin xəyalıdır.

• Gecələri yatıb dincəldiyin yuxu, gecələrini yuxusuz keçirən xəstələrin xəyalıdır..

• Hər gün ayaqlarını "sürüyərək" getdiyin o işin.. O, bütün işsizlərin xəyalıdır. 

• Yaşadığın, kiçik hesab etdiyin o evin... Halbuki, bütün evsizlərin xəyalıdır o ev.

• Borcun olmasa da, dolandığın az maaşın, bütün borcu olanların xəyalıdır.

• Sənə adi gələn, fərqində olmadığın azadlığın, bütün nahaq yerə zindanda yatan və bütün həbsdəkilərin xəyalıdır.

• Allahın sənin bütün eyblərini örtməyi, bütün rəzil və rüsvay olanların xəyalıdır.

~ Bütün bunları sənə bəxş edən Rəbbinə şükür edərək bir neçə dəqiqə təfəkkür etməyəcəksənmi?..

Gözümüzdə adiləşmiş nə qədər nemətlər vardır ki, başqalarının arzusudur. Sahib olduğun nemətləri düşün və şükür et, qəlbinin necə hüzurla dolacağını özün görəcəksən.