Konsultasiyada biri mənə dedi:
“Onun məndən zəif olduğunu bilirəm. Amma o yüksəldi, mən yox.”
Bu, sənin düşündüyün kimi “ədalətsizlik” deyil. Bu, sadəcə oyunun qaydasıdır.
Əmək bazarında 3 fərqli oyun var:
1. Bacarıq oyunu (sənin oynadığın): Daha çox öyrənmək; Daha yaxşı olmaq; Daha çox işləmək
2. Görünmə oyunu (onların oynadığı): Kim səni tanıyır?; Sən necə yadda qalırsan?
3. Güc oyunu (çoxlarının anlamadığı); Kim qərar verir?; Kim kimi dəstəkləyir?; Kim kimin tərəfindədir?
Sən yalnız 1-ci oyunu oynayırsan.
Amma yüksəlmək üçün təkcə bu kifayət etmir.
İnsanlar mənə tez-tez “Çox çalışıram, amma görünmürəm” deyir.
Çünki əmək bazarında həqiqət budur: Ən yaxşı olan yox, ən uyğun görünən seçilir.
Acı reallıq isə budur ki,
-Şirkətlər həmişə ən bacarıqlını seçmir
-Onlar risk etməyəcəkləri insanı seçir
-Onlar ünsiyyət qura bildikləri insanı seçir
-Onlar özlərinə bənzəyən insanı seçir
Bəs yaxşı nə etməlisən?
Bu sistemə qəzəblənmək yox, onu anlamaq lazımdır.
✔ Sadəcə yaxşı olma, görünən ol
✔ İşini danışmağı öyrən
✔ Rəhbərin nəyi dəyərli saydığını anla
✔ Oyun qaydalarını öyrən, sonra oyna
Bu sənin kifayət qədər yaxşı olmamağın deyil. Sadəcə sənə bu oyunun qaydalarını heç kim izah etməyib.
Əgər bu səni narahat edirsə, mənimlə əlaqə saxla
#karyera #işhəyatı #işaxtaranlar #karyeraplanlaması #iştapmaq