Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Muradhamidov
  • “Cigar Butt” investisiya yatırmaq metodu.
    Muradhamidov
  • 360 Görüntüleme
  • 30.07.2023
  • 3 dk. okuma

“Cigar Butt” investisiya yatırmaq metodu.

Ən dəyərli investorlar “Ciqar Butt” investisiya yatırmaq metodu haqqında eşitmişlər, lakin bu metodu keçmişdə olan bir model hesab edirlər. Lakin araşdırığımız zaman bu fikrin tam əksi ilə qarşılaşırıq. Xüsusi bir qeyd edim ki, bu metoddan Buffett daha çox istifadə edir. Bununla belə, “Ciqar Butt” investisiyası nəinki hələ də etibarlıdır, həm də bu gün kiçik özəl investorlar üçün mövcud olan ən gəlirli investisiya modeli hesab edilir.

“Cigar Butt” investisiya yatırmaq metodu.

Metod nə deməkdir ? Hansı investisiya qollarına ayrılır ?

“Cigar Butt” tam olaraq nəyə sərmayə qoyur?

Əsas yanaşma, şirkətlərinin bazar dəyərindən aşağı qiymətə təklif edilməsini və ya alınmasını əhatə edir. Warren Buffett bu strategiyaya qısa olaraq bu adı verdi və onu “Ciqar Butt” adlandırdı, yəni investor səkidə olan siqar kötüyünü almaq üçün aşağı əyilməlidir. Ancaq bu metodda əsas məqsəd, lazımsız şirkət hissələrinə sərmayə etmək deyil, eyni zamanda korrupsioner və çirkab bataqlağında olan şirkətlərə yatırım etməyi qəti olaraq qadağan edir. Sadəcə bazarda həqiqətən də bir müddət sonra daha baha satıla biləcəyini hiss etdiyiniz səhmləri daha ucuza alırsınız. Səhm bazarlarında həqiqətən də çox aşağı səviyyələrdə parıldayan brilyantlar tapmalısınız. Metod tam olaraq bunu bildirir.

“ Kiçik məbləğlər vasitəsilə yatırım edərkən Cigar Butt metodu çox işimə yaradı. Deyə bilərəm ki, 1950-ci illərdə bu metod ilə aldığım bir çox şirkət sonralar bizə çox qazandırdı. “

Warren Buffett — Berkshire Hathaway , 2014

Səhmlərin tipik xalis dəyəri hesablanması

Xalis pul vəsaitlərinin hesablanması şirkətin səhm qiymətinə nisbətən nə qədər pula malik olduğunu ölçür. Xalis pul vəsaiti bütün maliyyə öhdəlikləri yerinə yetirildikdən sonra qalan pul vəsaitlərinin məbləğinə aiddir.

Yaxşı, kiçik sərmayələrin yatırım edilməsi üçün çox gözəl görünür. Ancaq bu metodun da təbii olaraq əksik tərəfləri var.

Şübhəsiz ki, ucuz şirkətlər potensial olaraq problem yaşaya və hətta pul itirə bilərlər. Bununla belə, planetdəki hər bir biznes, istənilən vaxt, ya problem yaşayır, ya da problem yaşayacaq. Bu cür problemlər — istər şirkətə, istər sənayeyə, istərsə də makro yönümlü olsun — çox vaxt səhmin çox ucuzlaşmasına səbəb olur.

Əsas məqsəd, problemli şirkətlərin — qazancı azalan, sənayesi problemli kimi qəbul edilən və ya böyümə planları şübhə altına alınan şirkətlərin eroziyaya uğramış səhmlərini təsəvvür edirsiniz. Bu şirkətlərin səhmləri, qazancları, satışları, pul vəsaitlərinin hərəkəti və ya balans dəyəri ilə müqayisədə, bizneslərin özləri, xüsusilə yaxşı olmasalar belə, nisbətən ucuz və cəlbedici göründükləri nöqtəyə çatır.

Ancaq bu hissədə baxılacaq məlumatlar bu problemlərin müvəqqəti və ya daimi olması ilə bağlıdır.

Buffett statistikasına əsasən, qarşıdakı 3–5 il müddətə baxdıqda problemlərin əksəriyyəti müvəqqəti xarakter daşıyır.

“cigar butt” metodu ilə Buffettin pul yatırdığı və bugün də uğurlu hesab olunacaq şirkətlər

- Western Insurance Securities

- Tiffany and Co.

- Creighton’s PLC

Əgər kiçik sərmayəli investorsunuzsa bu metod sizə çox qazandıra bilər. Daha sonra həyatında Buffett “cigar butt” investisiya strategiyasını şirkətlərin keyfiyyət aspektlərini təhlil etmək və göstəriciləri yüksək olan şirkətləri satın almaq üçün dəyişdirdi. Bu o demək deyil ki, “cigar butt” sərmayə metodu artıq işləmir; bu, sadəcə olaraq, Buffettin vəsaitlərinin həcminin onun “cigar butt” investisiya yatırım metodunun strategiyasını üstələməsi deməkdir.

Uzunmüddətli sərmayə qoyarkən ən yaxşı gəliri təmin edən ən yaxşı strategiyanı seçmək həqiqətən öz bəhrəsini verir. Böyük Albert Eynşteynin dediyi kimi, “Mürəkkəb faiz dünyanın səkkizinci möcüzəsidir”.

Biz sübut edilmiş və davamlı investisiya strategiyası qəbul etməliyik. Və bugün hələ də “cigar butt” metodu kiçik həcmıi investisiyalar üçün ən yaxşı təkliflərdən biridir.

Diğer yazılar

Səmərəlilik nədir?

Səmərəlilik nədir?

  • 381 Görüntüleme
  • 30.07.2023
  • 6 dk. okuma
Bir şəxs istər şirkət çalışanı olsun istərsə də sərbəst çalışan hər zaman iş vaxtı qarşımıza bu sual çıxır: İşlərimə vaxt çatdıra bilmirəm, Kaş ki gün ...
Herkes
Daha fazla bilgi
Yerkes Dodson qanunu

Yerkes Dodson qanunu

  • 415 Görüntüleme
  • 30.07.2023
  • 10 dk. okuma
Bir işi başa çatdırmaq üçün çox az təzyiq hiss etdiyinizi düşünün. Uğurlu nəticə üçün unikal bilik və bacarıqlarınızın vacib olduğunu yəqin ki hamımız ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.