Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Münasib Niftalıyev
  • Sinxronluq
    Münasib Niftalıyev
  • 7 Görüntüleme
  • 06.04.2026
  • 2 dk. okuma

Sinxronluq

Həyatımızda bəzən elə anlar olur ki, baş verən hadisənin sadəcə "təsadüf" olduğuna inanmaq çətin görünür. Məsələn, illərdir görmədiyiniz, bəlkə də adını belə unutmağa başladığınız birini yuxuda görürsünüz və səhəri gün küçədə həmin adamla üz-üzə gəlirsiniz. Bu, təsadüfmüdür, yoxsa kainatın bizə verdiyi gizli bir mesaj? Analitik psixologiyanın banisi Carl Gustav Jung bu vəziyyəti bir kəlmə ilə adlandırırdı: Sinxronluq.

Sinxronluq

Biz dünyanı adətən "səbəb-nəticə" (causality) qanunu ilə dərk edirik. Məsələn, bir əşyanın hərəkət etməsi üçün onu kimsə itələməlidir. Lakin Jung iddia edirdi ki, dünyada hadisələr arasındakı yeganə əlaqə mexaniki olmur. Sinxronluq, fiziki bir səbəb olmadan, daxili aləmimizdəki (şüuraltımızdakı) bir vəziyyətin xarici dünyada bir hadisə ilə eyni anda və mənalı şəkildə kəsişməsidir. Jung bu nəzəriyyə üzərində işləyərkən kvant fizikasının pionerlərindən olan Volfqanq Pauli ilə məsləhətləşirdi. Onlar hesab edirdilər ki, maddə və ruh (psixika) əslində eyni medalın iki fərqli üzüdür.

Jungun bu konsepsiyanı tam formalaşdırmasına səbəb olan ən məşhur hadisə, onun bir pasiyenti ilə yaşadığı "Qızıl Böcək" vaqiəsidir. Pasiyent həddindən artıq intellektual, hər şeyi məntiqlə izah etməyə çalışan və bu rasionallığı ucbatından terapiyada irəliləyiş əldə edə bilməyən bir qadın idi. Bir seans zamanı qadın yuxusunda ona qızıl skarabey (Misir böcəyi - Misir mifologiyasında yenidən doğuşun simvolu) hədiyyə edildiyini danışırdı. Tam o anda Jung arxasında pəncərədə bir tıqqıltı eşidir. Pəncərəni açanda içəri parıldayan qızılı rəngə çalan bir böcək daxil olur. Jung onu tutur və qadına uzadaraq deyir: "Budur sənin skarabeyin." Bu qeyri-adi təsadüf qadının rasionallıq divarını yıxır və onun terapiyasında irəliləyiş yaranır.

Sizin də başınıza gəlmiş ola bilər: Bir dostunuzu düşünürsünüz və o anda həmin dostunuzdan zəng gəlir, ya da eşitdiyiniz mahnıda ağlınızda düşündüyünüz şeylə bağlı nəsə eşidirsiniz. Sinxronluq baxımından bu, sadəcə bir təsadüf deyil. Bu, sizin daxili ehtiyaclarınızın, psixi vəziyyətinizin və ya kollektiv şüuraltının xarici məkanda əks olunmasıdır. Jung inanırdı ki, biz kollektiv şüuraltı vasitəsilə bir-birimizə bağlıyıq və bəzən "zaman" və "məkan" anlayışları bu dərinlikdə öz əhəmiyyətini itirir. Kollektiv şüuraltı vasitəsilə biz bəşəriyyətin ortaq simvollarını və enerjisini bölüşürük. Sizin daxili aləminizdəki bir titrəyiş, bu ortaq şəbəkə vasitəsilə xarici dünyada öz əksini tapır.

Sinxronluq bizə xatırladır ki, biz daxili aləmimizlə ətraf mühitimiz arasında görünməz tellərlə bağlıyıq. Əgər həyatınızda tez-tez bu cür "mənalı təsadüflər" yaşayırsınızsa, bəlkə də şüuraltınız sizə bir şey deməyə çalışır. Bəlkə də bu təsadüf bizə "nə demək istəyir" sualını verməyin vaxtıdır. Necə deyərlər, təsadüf - Tanrının anonim qalmaq istədiyi anlarda istifadə etdiyi gizli bir mesajdır.

Diğer yazılar

Məsafəli doğmalıq

Məsafəli doğmalıq

  • 14 Görüntüleme
  • 02.04.2026
  • 4 dk. okuma
Carl Jung belə deyərdi: Biz insanları yox, onların bizdə oyatdığı hissləri sevirik. Franz Kafka isə bir yerdə yazırdı ki, insan bəzən heç tanımadığı ...
Herkes
Daha fazla bilgi
Yaxşı insan olmaq kifayət edirmi?

Yaxşı insan olmaq kifayət edir

  • 41 Görüntüleme
  • 18.03.2026
  • 5 dk. okuma
Dünya üçün yaxşı olmağa çalışarkən, özümüz üçün yaxşı olmağı unutduq. ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2026, bir BONPARA projesi. Tüm hakları saklıdır.