Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Xədicə Mikayılzadə
  • Mentalitetimizdə antibiotik istifadəsi
    Xədicə Mikayılzadə
  • 4 Görüntüleme
  • 04.04.2026
  • 2 dk. okuma

Mentalitetimizdə antibiotik istifadəsi

Kor-korane-antibiotik-istifadesimi? Antibiotiklər konfet deyil!

Mentalitetimizdə antibiotik istifadəsi

Azərbaycan xalqı olaraq nədənsə hər yüngül halsızlığı, boğaz ağrısı, zökəm əlamətləri olan gedir aptekə antibiotik alır və içir. Özü də geniş təsir spektrına malik antibiotik preparatları, aptek işçiləri də resept olmadan satışını edir.  Həkim məsləhəti olmadan, göstəriş olmadan, ordan-burdan eşitdikləri antibiotikləri içib tez sağalmağı ümid edirlər. Amma nədənsə düşünmürlər ki, antibiotik nəyə təsir edir¿ Xalq dilində izah etməyə çalışacam;)Gəlin aydınlıq gətirək, antibiotiklər yalnız bakterial mənşəli xəstəliklərdə təsir edə bilər, ( virus, göbələk xəstəliklərinə təsir etməz!) o da növündən asılı olaraq, çünki hər xəstəlik törədicinin özünün də rezistent olmadığı preparat olmalıdır ki, təsir etsin. İndi gəlin düşünək, əgər biz yüngül əlamətlər olan halsızlıq və ağrıda geniş yəni, güclü təsirə malik antibiotik içsək, nə olacaq¿ 

Bədənimizdə bizim üçün faydalı mikroblardan ibarət mikroflora var. Ən çox bağırsaqlarda var, amma digər yerlərdə də var. Bağırsaqlarda olan bakteriyalar daha əhəmiyyətlidir, çünki bağırsaqlar bədənimizin ikinci beyini sayılır, sinir təchizatı ilə zəngin olduğu üçün. İndi siz  heç xəstəliyinizə təsir edəcək dərmanın hansı olduğunu bilmədən güclü təsirli antibiotik içdiniz, nəticə də bədən üçün faydalı mikroblarda öldü. Disbakterioz yarandı. Yəni bağırsaqlarda müəyyən funksiyalar pozuldu. Bədəni qoruyan yaxşı bakteriyalar getdi və nəticə də bədəndə olan amma yatmış pis mikroblarda xəstəliyə qoşuldu və vəziyyət daha da ağırlaşdı. İkinci bir tərəfdən, xəstəliyin müalicəsində xəstəliyə yönəlik minimal dozada müalicə aparılmalıdır ki, sonradan bakterial rezistentlik yaranmasın. Yəni gələcək dəfə üçün düşmən necə savaşacağınızı bilib özünə strategiya qurmasın. Əgər səhv antibiotiklə və güclü doza ilə başlasaz, həmin xəstəlik törədən mikroblar özünü müdafiəyə keçib daha da güclənə biləcəklər ki, bu da gələcəkdə ikinci dəfə xəstəlik keçirsəniz, vəziyyətinizin daha da ağır ola biləcəyi ehtimalı deməkdir.Ona görə də antibiotik seçimi çox önəmlidir. Çünki, nöqtə atışı istifadəsi lazımdır ki, zərərli tərəfləri çox olmasın…

Ümid edirəm bu yazı sizlərə faydalı olar;)

Diğer yazılar

kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2026, bir BONPARA projesi. Tüm hakları saklıdır.