Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Lalə Osmanova
  • Sadiq dostun hekayəsi
    Lalə Osmanova
  • 232 Görüntüleme
  • 20.10.2024
  • 2 dk. okuma

Sadiq dostun hekayəsi

Ömrünün sonunadək mərhum sahibini gözləyən itin inanılmaz hekayəsi.

Sadiq dostun hekayəsi

İtlər ən etibarlı dost sayılırlar, lakin dünya üzərində ən etibarlı itlərin hansı cinsə aid olduğunu bilirsiniz?

Elə isə, yaxın əyləşin, çünki söhbətimiz uzun olacaq. Yapon iti sayılan, Haçiko barəsində bir çox filmlər çəkilib, kitablar yazılmışdır. 

Haçiko 1923-cü ildə Akita yapon preferakturasında dünyaya gəlmişdir. Akita-inu cinsindən olan itlər öz sahiblərinə olan sevgi və sədaqətləri ilə çox seçilirlər. 

Hekayələrdən biri və əsasını diqqətinizə təqdim edim. Haçiko öz sahibi Hidesabuno Ueno ilə Şibuya ərazisində yaşayırdı. Hidesaburo Ueno Tokyo Universitetində çalışan bir professor idi. Hər səhər Haçiko sahibi ilə birlikdə Şibuya qatar stansiyasına gedib, onu işə yola salırdı. Hər gün, saat 3 üçün, Haçiko stansiyaya geri qayıdıb, Uenonun yolunu gözləyirdi. 

Təəsüf ki, professor 50 yaşında Universitetdə dərs keçdiyi zaman qəfil infarkt nəticəsində dünyasını dəyişir, Haçikonu sahibləndiyindən 2 il sonra. Hidesaburo o stansiyaya bir daha qayıtmadı, lakin Haçiko səhər yenidən onun yolunu gözləmək üçün ora getdi. Və növbəti günlərdə də. 

Professorun yoldaşı Haçikoya baxa bilmədiyi üçün müxtəlif sahibləri oldu. Uenonun əvvəlki bağbanı Kikuzaburo Kobayaşi Haçikoya bir ev tapdı. Yeni evindən Şibuya ərazisinə cəmi bir neçə mil məsafə olması belə Haçiko üçün bir fərq yaratmadı. Yenə də, hər gün Şibuya stansiyasına gedirdi və səbrlə Uenonun gələcəyi anı gözləyirdi. Haçikonun bu davranışı növbəti 9 ildə də davam etdi. 

Bu hal ətrafdakı insanların da diqqətini çəkməyə başlamışdı. Yaponiyanın ən çox oxunan qəzeti Asahi Shimbun-da belə yer almışdı. 

Haçiko ölənə qədər, yəni 1935-ci il 8 mart tarixinə qədər hər gün o stansiyaya gedirdi. Onun cəsədini elə stansiyanın yaxınlığında tapmışdılar. 

Hazırda Haçikonun Şibuya stansiyası qarşısındakı abidəsi sevgililər üçün görüş yeridir. İtin öz obrazı isə Yaponiyada fədakar sevgi və sadiqliyin simvoluna çevrilmişdir.

Haçikonun qalıqları müqəvva görkəmində Tokioda yerləşən Yaponiya Milli Elmlər Muzeyində saxlanılır. Haçikonun qalıqlarının bir hissəsi Tokiodakı Ayoma qəbiristanlığında, öz sahibinin yanında saxlanılır.

2009-cu ildə, “Hachi, a Dog's Tale”  Yapon filmi “Hachi Monotagari” (1987) əsasında çəkilmişdir. 

Filmi izlədikdən sonra, Akita-inu cinsi ilə çox maraqlandım, və düşündüm ki bilməyənlər üçün də maraqlı və faydalı ola bilər. 

Oxuduğunuz üçün təşəkkür edirəm! 

 

 

Diğer yazılar

Arabika və robusta: hansı daha yaxşıdır?

Arabika və robusta: hansı daha

  • 45 Görüntüleme
  • 28.04.2025
  • 3 dk. okuma
Biz mövcud olan 125 növ qəhvədən cəmi 2-dən istifadə edirik. Və günü-gündən artan məlumata əsasən, əslində 300-dək qəhvə növü olduğu deyilir. ...
Herkes
Daha fazla bilgi
Niyə köpəkbalığı delfinlərdən qorxur?

Niyə köpəkbalığı delfinlərdən

  • 188 Görüntüleme
  • 03.04.2025
  • 1 dk. okuma
Güclü olmaq qalib olmaq anlamına gəlmir. Təbiətdə isə bu cür nümunələr çoxdur. ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.