Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Coşqun Kərimov
  • Qız İstəməyə Getdik
    Coşqun Kərimov
  • 327 Görüntüleme
  • 17.04.2024
  • 4 dk. okuma

Qız İstəməyə Getdik

Qız istəməyə getmişdik. Düzünü desəm aparmışdılar. Məclis adamı deyiləm. Masa arxasında oturmaq və danışanlara qulaq asmaq içimə xüsusi bir darıxma hissini gətirir. Sanki, vaxtımın boşa getdiyini hiss edirəm. Bu o demək deyil ki, hər bir dəqiqəmin qədrini bilən adamam. Sadəcə elə anlar var ki, vaxtının nə qədər boşa keçdiyini açıq-aşkar şəkildə hiss edə bilirsən.

Qız İstəməyə Getdik

Qız istəməyə getmişdik. Düzünü desəm aparmışdılar. Məclis adamı deyiləm. Masa arxasında oturmaq və danışanlara qulaq asmaq içimə xüsusi bir darıxma hissini gətirir. Sanki, vaxtımın boşa getdiyini hiss edirəm. Bu o demək deyil ki, hər bir dəqiqəmin qədrini bilən adamam. Sadəcə elə anlar var ki, vaxtının nə qədər boşa keçdiyini açıq-aşkar şəkildə hiss edə bilirsən. 

Əsas olan odur ki, qızla oğlan bu hadisənin baş verməsindən məmnunluq duyurdu. Onlar üçün yeni mərhələ başlayacaqdı. Bunun baş verməsi üçün böyüklər bir araya gəlmişdi. 

Üstü yeməklərlə dolu masanın bir qədər boş qalmış hissələri təşviş içində müəyyən edilir və əlavə qablar, yeməklərlə doldurulurdu. Tərəflərin susqunluğu mərhələsində hərkəs tilsimi qıracaq insanı gözləyirdi. Oğlanın atasını gəmi göyərtəsindən qabağa verərcəsinə əlacsız qoydular. Adam danışdı. Allahdan və peyğəmbərdən dedi. Oğlumuz üçün istəyirik dedi. Qızın atası həyat yoldaşına və daha sonra qızına baxdı. Razılıq verdilər. 

Gərginlik bir qədər azaldı. Üstü dolu masanın yükünü azaltmaq vaxtı gəlmişdi. Kişilər yeyə-yeyə danışa bilmək üçün mövzu axtarışına çıxdı. Nərd mövzusu seçildi. Hərkəs bu oyunda özünə rəqib tanımadığını bəyan etməyə və bu bacarıqlarını sübut edəcək hekayələri danışmağa başladı. Nərd haqqında gətirilən misalları ulduz kimi düşünsəydim, Webb teleskopunun gözüylə baxdığımda əsrarəngiz bir sistem görərdim. Marslar, taslar hər tərəfə səpilmiş şəkildə böyük bir şəkli göstərirdi. 

Qadın tərəfi də özünə maraqlı bir mövzu tapmışdı. Bişirilmiş tortların dadı və keyfiyyəti müzakirə edilirdi. Masanın orta tərəfində oturub qızımın saçlarına tumar çəkirdim. Qızım mənə çox bağlıdır. Oxşar cəhətlərimiz çoxdur. Onun da məclislərlə arası yoxdur. Yanımda oturub müddətin bitməsini gözləyir. Ya da bəxti gətirsə özü kimi uşaqlarla tapışıb dünyalarını müzakirə edirlər. Uşaqların dünyasında son zamanlar Huggy Wuggy və Kissi-Missilərdir. 

Əcaib canlıdır bu Huggy Wuggy. Qorxunc üzü və iri dişləri var. Ancaq şəhərin harasına getsən uşaqların əlində görəcəksən. Hətta uşaqlar ortaq qorxunu paylaşdıqları üçün sevinir sanki. 

Masanı bir qədər boşaldıb, samovar çayını içmək üçün an gözlədik. Bürkülü havada içilən qaynar çay necə olur? İqtisadi vəziyyəti çətin olan Azərbaycanda ailə qurmaq kimi olar yəqin. Hər qurtumda tər tökürsən. Yenə də samovar çayıdır deyə ləzzət edir. 

Masanı təmiz boşaldıb, sakit şəkildə oturduq. Nərd söhbətləri səngidi. Tortların dilimləri əridildi. Hər kəs cavan cütlüyə baxırdı. Hərkəs onlarda öz keçmişini görürdü. Köhnə günlərin şən, oynaq, romantik və macəradolu xatirələri cavanların üzündə koleydaskop şəklini almışdı. Masanın qarşı tərəfində həyat yoldaşıma baxdım. 12 il əvvəl onu istəməyə getmişdik. Aparmamışdılar. Özüm getmişdim. 

Bir müddət sonra özümü tuta bilməyib oğlana yaxınlaşdım. “Vaxt gələcək bugünün üstündən 10-12 il keçəcək” dedim. Nədənsə qoca insanlar kimi danışmağa başlamışam. Əslində elə uşaqlıq vaxtımdan mənə “dom sovet” deyirdilər. Böyüklərin söhbəti və bu söhbətlərdə olan səhvləri sezməyim xoşuma gəlmirdi. İlk mərhələlərdə onların səhvini düzəltmək üçün cəhdlər etmək kimi axmaqlıq etmişdim. Sonra anladım ki, düzələn deyillər. Boşuna yorulmaq əvəzinə sevdiyin işlərin səni yormasına icazə verməlisən. 

Yann Tiersen kimi pianoyla, əldən düşənə kimi danışmalısan. Mikelancelo kimi kağız parçası və ya daş parçasıyla əldən düşənə kimi ünsiyyət qurmalısan. Qaudi kimi bina formalarına əldən düşənə kimi əl gəzdirməlisən. 

London kimi əldən düşənə kimi çap etməlisən. Kitabların əldən düşənə kimi oxunmalıdır. 

Diğer yazılar

Tələbələr üçün KVAN yol xəritəsi

Tələbələr üçün KVAN yol xəritə

  • 29 Görüntüleme
  • 24.07.2025
  • 2 dk. okuma
Hər tələbə diplom alana kimi müəyyən bir yol getməlidir. Həyat diplomu alandan sonra başlayır. Amma sən 4 ilini sadəcə oxumusansa o zaman sənin həyatı ...
Herkes
Daha fazla bilgi
KVAN yaşamaq istəyən sürücü

KVAN yaşamaq istəyən sürücü

  • 48 Görüntüleme
  • 18.07.2025
  • 4 dk. okuma
F1 filmi barəsində düşüncələrimi paylaşmaq istədim. So ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.