Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Coşqun Kərimov
  • Bir salatın hekayəsi
    Coşqun Kərimov
  • 57 Görüntüleme
  • 02.09.2025
  • 6 dk. okuma

Bir salatın hekayəsi

Bəzən istədiyimiz kimi başlaya bilmirik. Düşünürük ki, şansımız əldən getdi. Amma həyat surpriz hadisələr, insanlar və şanslarla doludur. 23 illik yaşı olan bu hekayəm də bununla bağlıdır. İkinci cəhdin əhəmiyyətindən bəhs edirəm.

Bir salatın hekayəsi

Təlimlərimdə çıxış öncəsi həyəcan yaşayan tələbə və müştərilərə bu hekayəmi çox danışmışam. Amma oturub düz-əməlli yazdığımı xatırlamıram. Hekayəmin 23 yaşı var və ABŞ-da Denver şəhərində cərəyan edir. Baş qəhrəmanı mənəm 16 yaşlı “çiy” Coşqun Kərimov. Hələ həyatı və insanları yeni öyrənirəm. İlkin təəssüratın nə qədər əhəmiyyətli olduğunu düşünürəm. Və bununla bağlı dərs öyrənəcəyim gün gəlib çatır. 

Mənim Amerikalı ailəm Cef və Paula Menten öz böyük dost və qohum şəbəkəsi ilə barbekyu təşkil edir. Barbekyuya gələn qonaqlar əlləri dolu gəlir. Görüşün mahiyyəti dincəlmək və bir qədər də bu Coşqunla tanış olmaqdır. Məni də el arasına çıxarıb göstərmək istəyirlər. Bəs bu oğlanın akademik göstəriciləri belə, ingili dilini belə çırtlayır, rəqsi bacarır və komsomoldur kimi tərifləri çox eşitmiş qonaqları personajı realda görmək istəyir. 

Barbekyu üçün məkan Pat adında qadının evidir. Pat Paulanın bacılarından biridir. Çox maraqlı bir işi var və qəribə kolleksiya toplamağı sevir. Evində dünyanın hər yerindən gətirilmiş qələm görmək mümkündür. Bəzi qələmlərin qiymətini görəndə Patı qınayıram. Amma o mənə kamil insanın baxışlarıyla baxıb yola verir. Maraqlıdır ki, ona Azərbaycandan qələm gətirmədiyim və ya hədiyyə etmədiyim üçün peşman idim. (İndi də peşmanam.) 

Mövzuya qayıdaq. Patın evi nəhəngdir. Çöldə və içəridə 45-50 nəfər rahat yerləşir. Hamı deyib-gülür. Hərə bir işlə məşğuldur. Kimsə süfrələri salır. Kimsə içkiləri yerbəyer edir. Kimsə də Coşqun Kərimovdur və öz nitqini düşünür. İndi bu qonaqların qarşısında oturanda hansı nitqi etsin? Nə desin ki, xoşlarına gəlsin? Nə etsin ki, özüylə bağlı yaradılmış mifləri doğrultmuş olsun? Coşqunun beyni tam qüvvə işə düşür və bir dənə əntiqə nitq toxuyur. Sözlər inci kimi düzülür və bütün nöqtə atışları hazırdır. Bircə performans qalır. 

Elə bu anda Tanrı özünü yetişdirir və Coşquna bir iş tapşırılır. İş sadədir. Mətbəxdə olan iri qarpızı götürüb qonaq otağına aparmalıdır. Coşqun da bu sadə tapşırığı başında bir NASA missiyasına çevirərək qarpızdan bərk-bərk yapışır. Qonaq otağına gedərkən yolda öz nitqini məşq edən Coşqun hiss edir ki, əllərində olan ağırlıq hissi azalır. Sanki əllərində heçnə tutmayıb. Kristofer Nolan bu səhnəni mənim yazımdan daha gözəl təsvir edərdi amma  İnterstellar soundtrack-ı ilə bu mənzərəni (zamanı yavaş görmək üçün) təsəvvür edə bilərsiniz:

İri qarpız Coşqunun ehtiyatsızlığı və cazibə qüvvəsinin rəqsi nəticəsində yerə tərəf yol getməyə başlayır. Kosmik gəmilər kimi okeanın ortasına eniş etmək əvəzinə qonaq otağının düz mərkəzinə çırpılır. Çırpılmaqla qalmayıb onlarla hissəyə bölünür və bu hissələr xalçaya və ətrafda olan mebel dəstinə sıçrayır. Otaqda olan hərkəs əvvəl qarpızın yeni halına sonra isə otağın mərkəzində dayanmış Kərimov Coşquna baxır. Belə olan halda Coşqun yerin dibinə baxmaq qərarına gəlir və orada donmuş vəziyyətdə qalmasın deyə Pat onu mətbəxə aparır. Mətbəxdə olanda vəziyyəti analiz etməyə vaxt tapmadan əlində bir torba görür. Pat gülümsəyir və sanki otağa qayıtmalı olduğuna işarə edir. Bu boyda fiaskodan sonra həmin səhnəyə öldürsələr belə qayıtmaram deyən Coşqunun daxili səsi Patın kamilliyinə və sakitliyinə təslim olur. Bu hissə isə hind filmi musiqisiylə təsvir edilə bilər: 

Qarpızın sağ qalmış hissələrini bir-bir yığıb torbaya qoyan Coşqun artıq çoxdan öz nitqini boş verib. Onun inci kimi sözlərini eşitməzdən əvvəl bu mənzərəni görənlər üçün məsələ aydındır. Torba dolduqca ətrafda olanların davranışları da dəyişir. Hamı öz işinə və həyatına qayıdır. Qarpız epizodu olmamış kimi olur. İnsanların bir şeyi nə zaman unudacaqlarını təhmin etmək çətindir. Bəzən tez, bəzən gec amma gec-tez unudurlar. (Bircə yazmağı sevənlər unutmurmuş.)  

Torbanı zibil qutusuna atandan sonra mətbəxdən çıxmaq istəməyən cavan oğlan bu barbekyunun tez bitməsini və evə qayıtmağı istəyirdi. İnsan bir səhvi edəndə dünyanın sonu gəlirmiş. Çiy Coşqun bunu düşünürdü. Amma Pat onu “bişirmək” üçün bir dənə də tapşırıq verir:

Bizim süfrədə qarpız yoxdur. "Səbəbini özün bilirsən" deməyi qalırdı. Amma süfrəmizə bir salat da əlavə etmək olar. Əvvəl Patın öz-özünə danışdığını düşündüm. Amma bu səsli düşüncəsi sanki mənə bir siqnal idi. Söhbəti tutmaq üçün beynimdə hələ də neyron qalmışdı. 

"Mən bir dənə salat hazırlaya bilərəm." 

Bu cümləni deyəndə öz-özümə duruxdum. Həmin ana kimi həyatımda bir dəfə belə olsun salat hazırlamamışdım. Amma düşünürdüm ki, gördüklərim və yadımda qalanlar vəziyyətdən çıxmaq üçün kifayət edəcək. Coşqun kreativlik fazasına keçərək dəridən qabıqdan çıxaraq bir dənə salat ərsəyə gətirdi və onu əlinə götürən Pat nədənsə “mütləq bunun şəklini çəkməliyik” dedi. Pat özü də bilmədən çox vacib bir şeyi etmiş oldu. 23 illik bir hekayəyə çevrilmiş bu salatın şəkli bugün də ona baxanda bir şeyi deyir. Həmişə şans var. 

Həmişə yaxşı alınmaya bilər amma düzəltmək və yenidən yoxlamaq ürək istəyir. Ürəkli olun! 

Həmin gün barbekyu üçün bəzədilən süfrədə bu salat da dururdu. Anlamışdım ki. sözlərlə deyil, əməllərlə düzəlirmiş bəzi məqamlar. Anladım ki, Pat kimi insanlar Tanrının sinif otağında suallarla əlləşən uşaqların yanına yaxınlaşan müəllimlərdir. Anladım ki, mənim də hansısa uşağa yaxınlaşacağım vaxt gələcək. Bu işlər bumeranqla işləyir. 

Bu fotonu isə 23 il sonra öz suallarıyla əlləşən başqa bir uşağa hədiyyə etdim. 

Diğer yazılar

Tanrının Sinif Otağı

Tanrının Sinif Otağı

  • 176 Görüntüleme
  • 29.08.2025
  • 4 dk. okuma
Düşünürəm ki, qarşımıza çıxarılan insanlar təsadüfən gəlmir. Onların bizə, bizim də onlara öyrətməli və ya göstərməli olduğumuz məqam var. Bu dəfə 2 b ...
Herkes
Daha fazla bilgi
Qismətdən Qaçmaq Olmur

Qismətdən Qaçmaq Olmur

  • 78 Görüntüleme
  • 26.08.2025
  • 3 dk. okuma
Bu yazıda bizim qismətimizlə olan münasibətdən yazmışam. Nirvana məsələsinə aydınlıq gətirmişəm. Qismətiylə barışanlara eşq, dalaşanlara isə səbr dilə ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.