Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Coşqun Kərimov
  • 19 il sonra Facebook-a sağol deyirəm.
    Coşqun Kərimov
  • 148 Görüntüleme
  • 10.07.2025
  • 3 dk. okuma

19 il sonra Facebook-a sağol deyirəm.

İnsan boşalmış divarlara baxdığı zaman anlayır ki, həyatda heç bir şey həmişəlik deyil. Sənə elə gəlir ki, ömrünün sonuna kimi bir evdə yaşayacaq və bir sistemlə gedəcəksən. Amma belə olmur. Yeni yer və yeni sistem səni gözləyir. Ağrılı da olsa yeni yerin açdığı qucağı geri çevirmirsən.

19 il sonra Facebook-a sağol deyirəm.

Bu hissi 12 il yaşadığım evi tərk edən zaman yaşamışam. 12 il ərzində yığılan xatirələrin hamısını özünlə götürməyə çalışsan da əbəsdir. Əşyaları qutulara yığmağa başlayan zaman anlayırsan ki, burada nə qədər əşya var imiş. Yığdıqca bitmək bilməyən əşyalar elə sənin ömrünün günləri kimidir. 

19 il sonra facebook platformasını tərk etmək də eyni hissləri verir. Daha öncə yazdığım bütün postları sildikcə onların bu qədər çox olması məni heyrətə gətirir.

İnsan boşalmış divarlara baxdığı zaman anlayır ki, həyatda heç bir şey həmişəlik deyil. Sənə elə gəlir ki, ömrünün sonuna kimi bir evdə yaşayacaq və bir sistemlə gedəcəksən. Amma belə olmur. Yeni yer və yeni sistem səni gözləyir. Ağrılı da olsa yeni yerin açdığı qucağı geri çevirmirsən. 

Facebook mənim Memarım idi. Burada böyüyüb, burada bişmişdim. Qonsularımın və dostlarımın hamısından baş açmasam da onların varlığı mənə doğma gəlirdi. Sonra onlar bir-bir binanı tərk etməyə və yeni yerlərə keçməyə başladı. Yeni gələn qonşular isə o qədər yad oldu ki, onlardan bacardıqca uzaq durdum. Özümü gəmidə yaşayan pianoçu obrazı kimi hiss etdim. Filmə baxanlar nə dediyimi anladı. 

Budur artıq səhifəni (köhnə evimi) təmizlədim. Tər-təmizdir. Divarları boşdur. Yazılarımın bir qismi yeni yerinə köçüb. (Kofe al profilimə). Bu profildə (yeni evimdə) divarları bəzəməyə başlamanın həyəcanı hələ ki, hiss olunmur. Çünki köhnə divarlara vəfa borcum var. 

KVAN və digər kitablarımın beşiyi olan FB-nin bu qədər dəyişməsi məni məyus edir. 

Yəqin ki, uzun müddət köhnə günlərimin təsirində yaşayacam. Amma zaman gözləməyi sevmir. Yeni yerdə, yeni yazılarla və yeni qüvvətlə hərəkət edəcəyəm. Kofe al binasında 99 sakinlə birgə yaşayacağam. Onlar mənə qürbəti hiss etdirməyəcək.

Köhnə günlərimdə olduğu kimi azdan başlayıb dağın başına qədər yol gedəcəyəm. Budur məni artıq 166-dan çağırırlar. Fəhlələr içi dolmuş iri yük maşınında gözləyir. Qapını örtmədən əvvəl ayaqqabılar əynimdə ola-ola yarı silinmiş yarı tozlanmış qonaq otağına daxil oluram. Eyvanın pəncərələrinə, yeni köçəcək olan sakinə verdiyim dolablara və köhnə televizora baxıram. Divarlar üstümə gəlməyə başlayır. Keçmişdən gələn səsləri eşidirəm amma onlar indinin səslərini üstələyə bilmir. İndi qapını bağlayıb çıxıram. Geridə bu iş masamın şəkli qalır. Masam mənimlə bağlı lazım olan hərşeyi deyir. Deyir ki, bu insan yazmağı və kitab oxumağı sevir. Deyir ki, bu insan dünyada özündən sonra söz yığını qoyub getmək istəyir. Masam deyir ki, hələ deyiləcək çox sözüm var. 

Masam deyir ki, yeni yerin mübarək! 

 

Diğer yazılar

KVAN yaşamaq istəyən sürücü

KVAN yaşamaq istəyən sürücü

  • 45 Görüntüleme
  • 18.07.2025
  • 4 dk. okuma
F1 filmi barəsində düşüncələrimi paylaşmaq istədim. So ...
Herkes
Daha fazla bilgi
İstəyən Edir, İstəməyən Gedir

İstəyən Edir, İstəməyən Gedir

  • 24 Görüntüleme
  • 16.07.2025
  • 2 dk. okuma
Dünyaca məşhur Brayan Treysidən kitabım üçün rəyi necə aldım? ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.