1 kofe - 1 dərs - 1 hədiyyə

Kofe içənlərə Sözün İzində kitabı hədiyyə ediləcək.


48 baxış
06.09.2026
2 dəq oxuma

Kofe içmək üçün bir məkana gəldiyinizi düşünün. 

Kofeni dadıb hesablaşmaq üçün kassaya gələndə sizə surpriz edirlər. Aldığınız kofenin yanında “Sözün İzində” adlı limitli nüsxəsi olan kitab hədiyyə edilir. Kofe evinin komandası bir platforma vasitəsiylə Coşqun Kərimov adlı yazıçıya 3-5 kofe alıb və nəticədə onun kitabının nüsxələrini istədikləri müştərilərinə bağışlaya bilirlər. 

Eyni məsələ Bakıda və kənarda yerləşən tədris mərkəzlərinə də aiddir. Mərkəzdə yaxşı oxuyan tələbələrə və ya onların valideynlərinə belə bir hədiyyə edilir. 

Sözün İzində kitabı yazıçının 11 kitabının hissələrindən ibarət nadir topludur. Coşqun Kərimov 10 il ərzində yazdığı ən dəyərli hissələri topluya daxil edib. Kitabda bir yol və bu yolun maraqlı məntəqələri var. Düşüncələr, təcrübələr və hekayələrlə doludur bu toplu. Düşünün ki, sizə 11 kitablıq bir buketi hədiyyə ediblər. 

Sentyabr ayının 6-dan belə bir qərarı vermiş müəllifə “Sözün İzindəyik” deyən məkanlar indidən öz nüsxələri üçün ona kofe.al platforması ilə dəstək olurlar. 

Əgər sizin tanıdığınız maraqlı kofe evləri, məkanlar və tədris mərkəzləri varsa o zaman onlar da müəllifin şəxsi marafonunun 22-ci günündə onunla belə bir əməkdaşlıq edə bilər.

Proses sadədir:

Kofeal-dan Coşqun Kərimov səhifəsini tapıb minimum 3 kofenizi alırsız. Mesaj hissəsində brendin adını və “Sözün İzindəyik” sözlərini qeyd edirsiz. Kitabların limitli nüsxələri sizə təqdim olunur. Həmin nüsxələri istədiyiniz müştəri və ya tələbənizə hədiyyə edirsiz. Müəllifin KVAN və Danış Görək kimi kütləvi kitabları da var. Amma bu kitabın dadı elə alıb içdiyiniz kofenin dadı kimidir. Və yaxud aldığınız dərs qədər dəyərlidir.  

İndidən nuş olsun! 

Qeyd:

Sözün İziylə gedən ilk 3 məkan bunlardır:

  1. Bookfe kofe və kitabevi
  2. Evdərs Tədris Mərkəzi 
  3. Litera kitabevi