Qısa yolla izah etməsəm, hostinq və ya serverinizin Elementor plaqinin tələblərinə cavab verməməsi səbəbindən yüklənə bilmir.
Elementor-un tələbləri nələrdir?
Səhifə qurucuları və təhlükəsizlik alətləri kimi bəzi qoşmalar xüsusi sistem tələblərinə malikdirlər. Əksər qoşmanın tərtibatçıları bu məlumatı dərc etmirlər, çünki hər bir serverin minimum tələbləri olduğundan hər hansı problem yaratmır. Elementor vəziyyətində bunlar minimum tələbləri aşağıdakılardır:
- WordPress 5.2 və ya daha yeni versiya
- PHP 7 və ya daha yeni versiya
- MySQL 5.6 və ya daha yeni versiya
- Ən azı 128 MB WordPress yaddaş limiti
Əksər hallarda, serveriniz onun tələblərinə cavab verməsə belə, qoşmanı quraşdıra biləcəksiniz. Bununla belə, bu, plaqinin düzgün işləməməsinə və Elementor vəziyyətində redaktoru tamamilə yükləməməsinə səbəb ola bilər.
Elementoru yeniləyin
Qoşmanın köhnə versiyasından istifadə etdiyiniz üçün Elementor yüklənə bilmir. Köhnə versiyalı və ya yenilənməmiş plaginlər WordPress-in ən son versiyası ilə ziddiyyətlərə səbəb ola bilər.
Elementor-un ən son versiyada olub-olmadığını yoxlamaq üçün Plugins > Installed Plugins bölməsinə keçin və yoxlayın. Əgər premium lisenziyanız varsa, plaginlər siyahısında həm Elementor, həm də Elementor Pro-nu görməcəksiniz.
Veb-saytınızın admin panelinə gec daxil olursunuzsa, qoşmaların ən son versiyasının avtomatik olaraq yüklənməsi üçün Enable auto-updates klikləyin. Bunu etdikdə, həm təhlükəsizlik baxımından vacibdir, həm də bu kimi kiçik xətalarla üzləşməyəcəksiniz. Qeyd edim ki, Elementor 40 gündən bir yeni versiyalar buraxır.
Yaddaş limintinin artırılması
Veb-saytınızın PHP yaddaş limiti bütün WordPress quraşdırmasının nə qədər RAM istifadə edəcəyini müəyyənləşdirir. Yuxarıda qeyd etdiyim kimi, Elementor-un minimum sistem tələbi 128 MB yaddaşa malikdir. Saytınızın yaddaş limitinin nə olduğuna əmin deyilsinizsə, Tools > Site Healts daha sonra Info bölməsinə keçib aşağıda Server yazılan hissəsində bunu yoxlaya bilərsiniz.
Bir çox lisenziyalı temalar var ki, 128 MB bəs etmir. Buna görə də, bütün layihələrimdə istənilən tema və qoşmalarla rahat çalışmağım üçün yaddaş limitini 256 MB təyin edirəm. Yaddaş liminiti artırmaq üçün saytın kök fayllarına daxil olub, wp-config.php faylını açaraq aşağıdakı kodu boş yerə yapışdırın.
define('WP_MEMORY_LIMIT', '128M');
WordPress Upload limiti necə artırılır? başlıqlı yazımda detallı olaraq sadə yolla necə ediləcəyini yazmışam. Kodu daxil etdikdən sonra loading yazan səhifəni yeniləyin, problemi həll olduğunu görəcəksiniz.
Elementorun yükləyici metodunu dəyişdirin
Əslində veb-saytın 256 MB yaddaş limitini təyin edəndə problem həll olunur. Lakin, paralel olaraq aşağıda qeyd etdiyim metodu da aktivləşdirməklə ümumiyyətlə Elementor ilə bağlı yüklənmə probleminə son qoyacaq.
Elementor, plaqinin redaktoru yükləmə üsulunu dəyişməyə imkan verən daxili funksiyanı var. Elementor yükləyicisi üsullarının dəyişdirilməsi sizə heç bir şəkildə təsir etməməlidir, lakin problemin həlli üçün başqa üsul işləmirsə, biz bunu son çarə kimi tövsiyə edirik.
Elementor yükləmə üsullarını dəyişmək üçün Elementor > Settings > Switch Editor Loader Method bölməsinə keçid edərək, Enable seçin.
Ən sonda dəyişikliklərinizi yadda saxlamağı unutmayın.
Mövzunu dəyişin
Qeyd etdiyim üsullarla yenə də eyni problem qalırsa, istifadə etdiyiniz temanı dəyişməlisiz. Ümumiyyətlə, Elementor rahat və sürətli istifadə etmək üçün Elementoru dəstəkləyən temalardan istifadə etməlisiz. Themforest.net saytında hansı temaların Elementor-u dəstəklədiyini buradan keçid edərək baxa bilərsiz. hansı səhifə redaktorunun dəstəklədiyini qeyd edir. Əgər sadəcə Elementor ilə səhifələr inşa edəcəksinizsə, Elementorun pulsuz istifadəyə verdiyi Hello Elementor temasından istifadə edin.
Nəticə
Yuxarıda qeyd edilənləri tətbiq etsəniz, 100% problem aradan qalxacaq. Nəticə olaraq Elementor istifadə edənlər aşağıdakı bütün metodları yerinə yetirməlidir.
- Elementoru yeniləyin
- Saytınızın PHP versiyasını yoxlayın
- Veb-saytınızın yaddaş limitini yoxlayın
- Elementorun yükləyici metodunu dəyişdirin