Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
İlmark
  • Yeni Lüks — Az Sahib Olub, Çox Hiss Etməkdir.
    İlmark
  • 35 Görüntüleme
  • 01.11.2025
  • 1 dk. okuma

Yeni Lüks — Az Sahib Olub, Çox Hiss Etməkdir.

Mindful Marketing Nədir?

Yeni Lüks — Az Sahib Olub, Çox Hiss Etməkdir.

İllərdir ki, brendlər insanların qarşısına "daha çox əldə et", "daha sürətli həyat yaşa" və "yeni seçimlərə keç" kimi mesajlarla çıxırdılar. Lakin indi dünya yorğunluq əlamətləri göstərir. İnsanlar kəmiyyətə yox, keyfiyyətə və doğru seçimlərə önəm verməyə başlayıblar.

Bu, "Şüurlu İstehlak" (Mindful Consumption) dövrünün başlanğıcıdır. Artıq alış-veriş emosional qərarların deyil, düşünülmüş seçimlərin nəticəsidir. İnsanlar özlərinə: "Bu məhsul mənim üçün həqiqətən lazımdırmı?" və "Bu məhsulun arxasında hansı dəyərlər və prinsiplər dayanır?" suallarını verməyə başlayıblar.

Brendlər də bu dəyişikliyi hiss edir və strategiyalarını buna uyğunlaşdırırlar. Səs-küylü və təzyiqli marketinq kampaniyaları yerini sakit, samimi və dürüst mesajlara buraxır.

Bunlara nümunə olaraq IKEA-nın "kiçik dəyişikliklər" (små changes) kampaniyasını qeyd etmək olar. Bu kampaniya kiçik, sadə dəyişikliklərin həyatda necə böyük fərqlər yarada biləcəyini göstərir. Beləliklə, brend sadəcə mebel satmaqdan uzaqlaşaraq daha şüurlu və davamlı həyat tərzini təşviq etməyə yönəlir.

Bu trend təkcə dizayn və satış strategiyaları ilə məhdudlaşmır; o, həm də brendin ümumi üslubunu və mesajlaşma tonunu dəyişdirir. Minimalist dizaynlar, pastel rənglər, təbiətə yaxın estetika və "azla çox" fəlsəfəsi yeni marketinq dilinin əsas elementlərinə çevrilir.

"Şüurlu Marketinq" (Mindful Marketing) insanlarla səthi və aqressiv olmayan, ürəkdən gələn bir ünsiyyət qurmağa çalışır. Bu yanaşma, marketinqin gələcəkdə daha təmiz, daha samimi və daha effektiv formasını təşkil edəcək.

Diğer yazılar

KFC Kanada

KFC Kanada

  • 45 Görüntüleme
  • 08.11.2025
  • 1 dk. okuma
Bir təbəssüm, milyon duyğu. ...
Herkes
Daha fazla bilgi
PepsiCo yeni dövrə qədəm qoydu

PepsiCo yeni dövrə qədəm qoydu

  • 45 Görüntüleme
  • 07.11.2025
  • 1 dk. okuma
Food. Drinks. Smiles ilə gələcəyin loqosu ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.