“Çürük Zombi Dadında Ləzzət" Kampaniyası

Qorxmaq, Amma Gülərək .


185 baxış
25.10.2025
1 dəq oxuma

Skittles Halloween üçün sadəcə bir kampaniya yox, tam bir təcrübə yaratdı.

“Rotten Zombie” adlanan bu limitli seriyada hər dadda bir sürpriz gizlənirdi — bəziləri klassik meyvə dadında, digərləri isə... çürümüş zombi dadında idi

Yəni bir konfet yeyirsən, amma hansı dadın gələcəyini bilmirsən.

Tam bir risk oyunu — “Dare the Rainbow, Taste the Zombie”.

Bu kampaniya TikTok və YouTube-da minlərlə reaksiya videosuna səbəb oldu, insanlar bu “dad ruleti”nə qoşularaq brendin mesajını daha da böyütdülər.