Bir çanta, bir gələcək!

Office Depot, “Ümidlə 14 il” layihəsi ilə uşaqlara təkcə məktəb ləvazimatı deyil, həm də ümid bəxş etdi.


192 baxış
22.10.2025
1 dəq oxuma

Office Depot Foundation, “Dinlə, Öyrən, Önəmsə” (Listen, Learn, Care) missiyası ilə yüz minlərlə uşağın həyatına toxundu.

Kampaniya çərçivəsində 3.3 milyondan çox məktəbli, içərisində qələm, boya, dəftər və digər lazımi vasitələr olan sırt çantaları əldə etdi.


 

Layihənin məqsədi sadə idi – hər uşağa təhsil üçün bərabər fürsət yaratmaq. Çünki bəzən bir çanta, bir uşağın həyatında dönüş nöqtəsi ola bilər.


 


 

Bu kampaniya markanın sosial məsuliyyət dəyərlərini ön plana çıxardı və Office Depot-u sadəcə bir ofis məhsulu brendi deyil, cəmiyyət üçün dəyər yaradan marka kimi möhkəmləndirdi.