Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Hüseyn Xəlilov
  • Gözlənilən qəhrəmanlar
    Hüseyn Xəlilov
  • 494 Görüntüleme
  • 24.11.2023
  • 2 dk. okuma

Gözlənilən qəhrəmanlar

Sinifdə danışdığı üçün danlanan gənclikdən cəsarət və mübarizə gözlüyürük.

Gözlənilən qəhrəmanlar

Hal‐hazırda burada hərkəs hər şeydən narazıdır. Öz maddi‐mənəvi məsələlərindən, ölkə siyasətindən, mental dəyərlərdən, cahillik və avamlıqdan, müasirlikdən, əxlaq və mədəniyyət prinsiplərindən və s. Bəli, hamı hərşeydən narazıdır, ancaq bəziləri öz reputasiyası üçün susur, bəziləri isə sadəcə bu narazılıqları ictimailəşdirməyə və başqalarınıda narazı olmağa çağırır. Bir növ Kefli İsgəndərlər. Buranın Kefli İsgəndərləri elə buranın müxalifəti kimidir. Narazıdı və bir çox işlərin tərs getdiyini düşünürlər, ancaq həll yolu üçün təklif irəli sürmürlər. Problemnən danışmaq asantdı, hərkəsin problemi özünə ağırdı. İntihar edən insanların həyatına baxsaq, fərqli səbəblər var və bu səbəblər bizə intihar üçün mənasız gəlir. Amma düşünmək lazımdır ki, bizim üçün mənasız olan problemlər kimlərinsə həyatına son qoyur. 

Bəli problemnən danışmaq asantdır. Dərtləşdiyiniz insanlara baxın, sizə təsəlli və məsləhət verdikləri qədər sizə doğma gəlir. Burda hərkəs narazıdır, amma heçkəs çıxıb "mən həll edərəm" demir. Çünki biz Şərqlilər, hər zaman bir "qəhrəman" gözləmişik. Biz bir şeyləri düzəltməyə, həll etməyə, sağaltmağa ərinən bir xalqıq. Bunları bizim yerimizə edəcək birini gözləməyə köklənmişik. Etiraz, mübarizə ağır gəlir. Özümüzü mərkəzə qoya bilmirik, başqasını mərkəzləşdirməyə çalışırıq. Ümid edirik.

Arxasında söykənəcəyi biri olan insan necə də cəsarətli olur. Sevildiyini bilən adam necə də cəsarətli olur. Güc və cəsarət söykəndiyin yerdən gəlir. Qəhrəman gözləyən xalqlar qəhrəman yetişdirmir! İnsanlar qəhrəmanları ölü sevir. Diqqət cəlb etmək üçün, simvol olmaq üçün bir hekayən olmalıdır. Burda ölümsüzlər əsasən ölənlərimiz olur. 

Biz qəhrəmanları ölü sevirik..

Yüksək təzyiq altında, travmalı, qorxularından sırtıqlaşmış, özü özünü sağaldan, özü özünü böyüdən, özünü sübut etməyə çalışan natamam və egoist insanlar yetişdirdiyimiz qədər bir qəhraman yetişdirə bilmirik. Burda intiharı ucuzlaşdırmışıq. Sinifdə danışdığı üçün danlanan gənclikdən cəsarət və mübarizə gözlüyürük. Yetişdirə bilməyəcəyimiz ideal qəhrəmanları simvollaşdırmışıq. Amma gözlədiyimiz qəhrəmanlar bizi zülmdən xilas etmək üçün yox, bizim zülmümüzdən xilas etmək üçün burda olacaqlar!

Diğer yazılar

"Gələcək Anksiyetesi: Elmi-Fantastik və Zombi Apokalipsisi Janrına Maraq"

"Gələcək Anksiyetesi: Elmi-Fan

  • 327 Görüntüleme
  • 29.08.2024
  • 2 dk. okuma
Anksiyete ilə mübarizə aparan birisi kimi, zombi apokalipsisi və elmi-fantastik janrlarında seriallara olan marağımın arxasındakı səbəbləri araşdırıra ...
Herkes
Daha fazla bilgi
Meloman

Meloman

  • 370 Görüntüleme
  • 14.03.2024
  • 4 dk. okuma
Məqalədə bir melomanın uşaqlıqdan bu günə qədər musiqi ilə olan münasibəti və musiqi zövqünün necə formalaşdığı izah olunur. Həm yerli, həm də xarici ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.