Valideynlər övladlarının qatilidir!

Əlinizə düşən fürsətdə arzularınızın arxasınca qaçın. Elə ki, arzularınıza çatacaqsınız onda hamı sizinlə fəxr edəcək. Elə ki, bu olmayacaq siz elə kiminsə nəzarətində, öhdəliyində qalmış olacaqsınız.


1076 baxış
18.07.2023
1 dəq oxuma

Bəzi valideynlər övladlarının gələcəyinin "qatili"dir!
Övladın potensialına şübhə, onun istək və arzularını dinləməmələri, komfort zonasından çıxmasına maneələr törətməsi," dizimin dibində otursun" düşüncəsi, "gül kimi maaşını alırsan da, nəyinə lazımdır?" və d. fikirlərlə onu məhv edirlər.
Sabah bir şeyin olmadığını, etmədiyini deyəndə də yenə "Edərdin da. Səni tutan var idi?" deyən də məhz onlar olacaq.
Ana-ata "mən övladımın xoşbəxtliyini istəyirəm" deyərkən əslində belə düşünmürlər. Məhz elə öz xoşbəxtlikləri, başlarının dinc olması üçün öz arzularını, istəklərini onlara yeritməyə, onların həyatına tətbiq etməyə çalışırlar.