Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Fərman Mikayılzadə
  • Nə yaxşı ki, mən varam!
    Fərman Mikayılzadə
  • 696 Görüntüleme
  • 01.10.2023
  • 2 dk. okuma

Nə yaxşı ki, mən varam!

Stay faithtful. If you are hurting, stay hopeful. Pray and give thanks to God for the opportunity to grow; ask him to shed light, ask him for clarity. (Thomas Nelson)

Nə yaxşı ki, mən varam!

Aşağıdakı qeydlər, 14 iyul 2023-cü il tarixində yazılıb:

“Boşluq” deyib keçməmək lazım,

İnsan özünü, məhz elə boşluqda tapır, öz hisslərini, duyğularını, ətraf aləmi məhz elə heç bir şey etmədiyi zamanlarda aşkar edir.

Evdəyəm, doğma rayonumda, ailəmlə vaxt keçirirəm, kənddən dostlarımla söhbətlər edirəm, toyunda iştirak edə bilmədiyim bacımın xoşbəxt gününü qohumlardan, dostlarımdan dinləyirəm, etdiyimiz zarafatlarla içdən deyib-gülürük, velosiped sürürəm, səhərlər hər zamankı kimi tez oyanmağa da başladım, günə telefonsuz, yerimi toplayıb, 1 stəkan su içib, bağa gedib bağımızda itimiz olan Cek ilə biraz oynayıb, Allaha içdən dua edərək, bu günüm üçün də təşəkkür edərək başlayıram. Bir növ dolu-dolu yaşayıram bu günlərimi. Xüsusilə də günün səhər saatlarında yatdığım otaqda çarpayımın tam arxasındakı açıq pəncərədən gələn səhərin sərin mehi ilə oyanmaq hissi, oyandıqdan sonra isə saata baxdığım zaman saatın 4.15 olması və mənim oyanmağım üçün hələ 45 dəqiqə qalması. Sərin mehə görə tüklərimin biz-biz olması, ayaqlarımın altında mənim dünyalar gözəli anamın ehtiyat üçün qoyduğu adyalı tez üstümə örtməm, adyala sarmaşıq kimi bürünməm və yayın ortasında adyalın istiliyi ilə yetinməm...

Allahım, sənə minlərcə şükür olsun ki, bu gün də mənə həyat verdin, bu gün də mənə nəfəs verdin,

Allahım, sənə minlərcə şükür olsun ki, bu gün də məni yuxudan oyandırdın,

Allahım, sənə minlərcə şükür olsun ki, bu gün də mənə fiziki güc verdin və sənə əlimi qaldırıb bu duanı edə bilirəm.

Bir növ yaşayıram mən bu həyatı;

23 yaşım var, bəlkə də 1 gün sonra ürəyim artıq bu günkü kimi döyünməyəcək, bəlkə də 1 saat sonra tamamilə fərqli hisslər, duyğular yaşayacam, bəlkə də 1 həftə sonra işsiz qalacam, amma şükürlər olsun ki:

  1. Ayaq üstdəyəm, bütün bədən üzvlərim yerindədir, gəncəm, fiziki gücüm tam olaraq üstümdədir;
  2. İnancım, ümidim, hədəflərim var, o hədəflərə çatmaq üçün mübarizə aparıram.
  3. Arxamda dayanan dağ kimi ailəm və mənə inanan, güvənən can dediyim dostlarım var;

Nə yaxşı ki, mən varam! Nə yaxşı ki, vazkeçmirəm, nə yaxşı ki, davam edirəm!

Diğer yazılar

The Power of Energy

The Power of Energy

  • 604 Görüntüleme
  • 03.11.2023
  • 4 dk. okuma
Energy will do anything that can be done in the world; and no talents, no circumstances, no opportunities will make a two-legged animal a man without ...
Herkes
Daha fazla bilgi
Bədənimiz və sağlamlıq

Bədənimiz və sağlamlıq

  • 838 Görüntüleme
  • 15.10.2023
  • 5 dk. okuma
İş çıxışı, başda biraz ağrı və bədəndə biraz üşütmə, “Yok ya, xəstələnmərəm” deyirsən öz özünə, çünki qalın geyinirsən, gündə üç dəfə qidalanırsan, “a ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.