Sabitlər proqramlarda istifadə edilə bilən və dəyişməyən dəyəri bildirən ifadələrdir. Java-da 4 fərqli tipdə sabitlər var:
Tam ədədlər (integer) və rasional (istənilən natural, tam və kəsr) ədədlər ilə irrasional (dövri olmayan sonsuz onluq kəsr) ədədlərdir. Məsələn: 500, -72, 0.3, 3.847 və s.
İki dənə tək dırnaq arasında yazılan tək simvoldur. Məsələn: ‘c’, ‘%’, ‘-’, ‘T’ və s. Burada birdən artıq simvol yazmaq olmaz, yalnız 1 simvol yazılır və yalnız ‘ ‘ işarələri arasında yazılır. Birdən artıq simvol olarsa, bu, mətn sayılır (aşağıda qeyd olunub).
İki dənə qoşa dırnaq arasında yazılan bir və daha çox simvoldan ibarət olan yazılardır. yəni “ “ işarələri arasında yazılır. Məsələn: “Java”, “Names”, “5464”, “ “ və s. Araya boşluq da qoymaq olar, heç nə qoymadan sadəcə “” şəklində də yazmaq olar. Yadda saxlamaq lazımdır ki, qoşa dırnaq işarəsi arasında yazılan yazı, olduğu kimi bir mətn olaraq qəbul olunur. Digər bir məqam isə odur ki, String olaraq qoşa dırnaqlar arasında tək simvol yazmaq olar, məsələn “T”, amma char, yəni character-in işarəsi olan qoşa tək dırnaq içinə birdən artıq simvol yazmaq olmaz, məsələn ‘Salam’ yazısı qəbuledilməzdir. Çünki String özü char-lar, yəni simvollar toplusudur.
Bunlar doğruluq dəyərini göstərir, “doğru” yaxud “yanlış” ifadələrinə uyğun olacaq şəkildə true yaxud false olmaqla 2 dənə məntiqi sabit var. Doğrunu bildirmək üçün “true”, yanlışı bildirmək üçün isə “false” istifadə olunur.
Bir də sadəcə referanslara mənimsədilər bilən “null” sabiti var. Onun bir dəyəri yoxdur. Referansın heç bir yeri, heç bir obyekti göstərmədiyini, null olduğunu ifadə edir.
Java-da istifadə edilən bütün dəyişənlərin dəyərləri bu sabitlər yaxud onların kombinasiyalarından istifadə edilərək təyin olunur.