✔️ şəxsi sərhədlər ✔️ özünü sevmək / özünə inam✔️ yeni sinir əlaqələri ( yeni sağlam vərdişlər)✔️ ətraf mühitlə sağlam münasibətlər (valideynlər, qohumlar, həmkarlar, şəxsi həyat)✔️ bütün qeyri-sağlam rollardan çıxış (travmalardan azad olmaq)✔️ sağlamlıq və gözəllik (qida və diaqnostika)✔️ maliyyə rifahı və pul enerjisi✔️ bonus olaraq modulun sonunda astroloqiya, numeroloqiya, Human Design və digər sahələrə əsasən sizin doğum kartınız hazırlanır və təhvil verilir.Niyə mən modulumda bu sahələri əlavə edirəm? Çünki onların hamısı bir-biri ilə çox bağlıdır. Yalnız bir istiqamətdə işləmək istədiyiniz nəticəni verməyəcək.Mərhələ 1 - Ətrafdaki enerji ilə işləyirik. Avtomatlaşdırılmış rejimində yaşadığımız zaman emosional vəziyyətimizə xüsusi olaraq nəyin təsir etdiyini görməyi dayandırırıq. Geyinməyə belə vaxtımız olmayan şeylərin dalınca qaçırıq. İçimizdə tam xoşbəxtlik hissi ümidi ilə daha çox istehlak etməyə başlayırıq. Amma əslində biz şeyləri deyil, onlara sahib olanda yaşayacağımız duyğuları və hissləri istəyirik. Modulda daxili inkişafa gedən yol ətrafdakı məkanın təmizlənməsi ilə başlayır. Bu mərhələdə yeni hər şeyə yer açaraq paylaşmağı, qiymətləndirməyi və təşəkkür etməyi öyrənirik.Mərhələ 2 - Qidalanma. İnsan öz bədənini sevməyəndə, ona qayğı göstərməyəndə hansı özünü sevməkdən danışmaq olar? Yemək davranışlarına nəzarət edəcəyini bilməyən insanlar çətin ki, həyatın digər sahələrində nəzarət edə bilsinlər. Emosional vəziyyətimiz ilk növbədə bədənimizin düzgün işləməsindən asılıdır. Bu bölmədə alınan tapşırıqlar bizi sağlam həyat tərzinə və qidalanmaya fərdi yanaşmaya öyrədir. Biz pis vərdişlərə diqqət yetirmirik, yeni faydalı vərdişlərə ehtiyat edirik.Mərhələ 3 - Bilinçaltı qanunları. Yeni başlayanlar üçün həmişə daha çətin gəlir tapşırıqlar. Dəfələrlə keçənlər artıq daha dərindən və qorxmadan işləyirlər. Biz şəxsi sərhədlər təyin edirik, resurslarımızı düzgün təhlil edirik və hədəflərimiz ətrafında strategiya qururuq. Tapşırıqların əksəriyyəti bu bölmədədir.Mərhələ 4 - Nəslin gücü ilə ünsiyyət. Bu mövzuda bütün tapşırıqları keçərək, ilk növbədə özümüzün bütövlüyünü qazanırıq. Biz həm də valideynlərlə ayrılıqdan (separasiya) keçərək onlarla sağlam münasibətlər qururuq. Dağıdıcı rollardan yetkinliyə doğru addımlayırıq.Mərhələ 5 - Qadın və kişi enerjisi. Burada biz bu enerjilərlə düzgün dozalarda qarşılıqlı əlaqə qurmağı öyrənirik. Biz cinslər arasındakı qavrayışlardakı fərqlərə baxırıq, həmçinin qeyri-sağlam münasibətlərdən və asılı rollardan çıxmaq üçün travmalarımızla işləyirik.Mərhələ 6 - Pul enerjisi. Pulun həyatımızda oynadığı rolu nəzərə alaraq, bizi məhdudlaşdıran inanclar üzərində də işləyirik. Çünki bu inanclara yapışıb bolluğa çıxa bilmirik. Məhz bu bloklar ruhun potensialını üzə çıxarmağa, bizi sevilməyən işin əbədi quluna çevirməyə mane olur. Tapşırıqları yerinə yetirdikdən sonra biz yeni bir qazanc səviyyəsinə, peşə dəyişikliyinə çatırıq və pulla yeni əlaqələr yaradırıq.Sonra 3 həftəlik meditasiya və öz üzərində işi gücləndirən yazılı tapşırıqları ilə modulu bitiririk.