24 Sentyabr tarixində Aysel adlı trans qadın, “müştəri” adl ilə evə gələn şəxs tərəfindən öldürülüb. Onun qətl hadisəsi senzuraya məruz qaldı və mediada danışılmadı. İcma içərisində çaxnaşma yaratmış hadisəyə heç bit dövlət rəsmisi tərəf bildirmədi, qatilə hansı cəza veriıdiyi bölüşülmədi.
3 Oktyabr Türkiyədə yaşayam azərbaycanlı trans qız Dilan, İİV üçün dərmanlara çata bilmədiyinə görə dünyasını dəyişdi. Türkiyə hökümətinin miqrantları qoruyan qanunu əhatəli olmadığı üçün Türkiyə vətəndaşı olmayanlar CYYİ ilə bağlı ödənişsiz dəstək ala bilmirlər. Trans qız maddi problemlərinə görə Azərbaycana qayıda bilməyib. O 10 ildən çoxdur ki, Azərbaycandaki transfobiyaya görə ən yaxın və rahat gediş variantı olan ölkəyə - Türkiyəyə sığınmışdı. Elə bu haqda da yerli mediada ənənəviçi tərəfini qorumağa davam etdi.
23 May Bakıdaki otellərin birində trans qızlarla müştəriləri arasında mübahisə baş verdi. Seks işçisi olaraq çağırılan qızların ödənişini kişilər etmək istəmədiyi üçün dava böyüdü. Hadisə yerinə gələn polis isə qızlardan birini boğmağa başlayıb. Bu zaman digər qız polisin dəyənəyini götürərək, onu vurub. Hadisədə transların əməyi istismar olunmuş, polislər tərəfindən döyüldükləri üçün, polisin dəyənəyini alıb özlərini müdafiə edən qızlar mediada qarayaxma ilə üzləşdilər. Bir gecənin içərisində həmin qızlar qaçırıldı. Ertəsi gün LGBTQ+ icma üzvləri olaraq yoldaşlarımızın harada olduğunu öyrənmək üçün 27-ci polis bölməsinin qarşısına getdik. Həmin an polislər hamımıza hücum çəkdi və 10-a yaxın insanı saxlayaraq bizi həbs etdi.
Həmin gün sadəcə aktivist dostum Cavid Nəbiyev və mən cərimələnərək sərbəst buraxıldıq. İçəridə gördüyümüz işkənclərin, hədələrin üzəri ört-basdır olundu. Hətta bizim həbsimiz haqqında status yazdığı üçün feminist fəal Səhər Cahanın da evinə polis maşını gəldi və onu məcburən bölməyə aparmağa çalışdılar, atasını təhdid etdilər.
27 Sentyabrda isə 16 yaşlı LGBTQ+ aktivisti Aleks Şah, artıq bir neçə dəfədir ictimailəşdirməyə çalışdığı bullinq hadisələrindən yenə yazıb. Bu dəfə o oxuduğu 225 nömrəli məktəbdə trans olduğu üçün oğlanlar tərəfindən döyüldüyünü, polisin və Elm və Təhsil Nazirliyinin onun təhlükəsiz təhsil alması üçün şərait yaratmadığını deyib. Elə onun bu statusundan sonra azyaşlının evinə polislər gəlib və onu alçaldıblar.
Sadaladığım hadisələr hələ icma içərisində danışılan və LGBTQ+ platformalarına çıxanlardır. Azərbaycanda vətəndaş cəmiyyətində olan fəalların LGBTQ+ icmalarına çatımlılığı kifayət qədər azdır və bir çox transın heç platformalardan xəbəri yoxdur. Sosial mühitlərdən uzaq qalan və daha da təkləşən icmalar isə daim təhdidlər altındadır. Hökümət onların səslərini duyurmamaq üçün ardıcıl olaraq fərqli üsullarla hədələmə mesajları göndərir. Gah böyük kütlələri olan telegram kanalları transların şəxsi məlumatlarımı ifşa edir və polis onları dayandırmaq üçün heç nə etmit, gah da dövlət özü birbaşa hücumçu olaraq, reydlər təşkil edir.Hazırda bu hadisələr əsasında formalaşmış daha geniş bir yazı işləyirəm.