Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Türkan İsmayıllı
  • True Story- Kanalımızın yaranma hekayəsi
    Türkan İsmayıllı
  • 789 Görüntüleme
  • 10.08.2023
  • 2 dk. okuma

True Story- Kanalımızın yaranma hekayəsi

Pandemiya zamanı Almaniyaya köçən və orada yaşadıöı çətinliklərdən yaranan kiçik bir ideyanın böyüməsi və öz övladı ilə yanaşı digər uşaqlara da işıq olması

True Story- Kanalımızın yaranma hekayəsi

İki il əvvəl, Korona -Pandemiyanın ən qızğın zamanıAlmaniyaya yeni köçmüşük,  özümü ən çarəsiz hiss etdiyim anlar... Dil bilmirəm, hər yer bağlıdır, həkimə-psixoloqa gedə bilmirik. Dil bariyeri və Koronaya görə..Tuncayın nitqinin açıldığı zamanlar- ən çox loqopedə ehtiyacımız olan anlar… Ancaq hər yer bağlı. Özümüz məşğul oluruq -çox da reaksiya vermirQısacası alınmırdı.Bir gün təsadüfən Tuncaya ( oğluma- autizm sindromlu) komputerdə öyrətmək istədiyimiz sözün “gif” ni göstərdik. 😲😲😲 Gözləri ilə maraqla baxdığını və o sözü demək istədiyini gördük. Bizim üçün açar bu baxış idi. O gecə başladım heyvanlara aid gifləri bir yerə toplamağa, sonra ağ ekranın üstünə yığdım, özüm də səs əlavə etdim. Və video hazır idi. Tuncaya göstərdim. Maraqla izlədi və deməyə başladı. Hər gün eyni videonu izlədirdik. Heyvanları öyrəndiNövbəti dəfə meyvə giflərini yığmağa başladım. Sonra rənglər, sonra tərəvəzlər deyərkən. Tuncay süngər kimi bütün sözləri çəkirdi. Sanki qurtuluşumuz bu giflər idi. Tuncayın nitqi beləcə açıldı, Sonra cümlə qurmağı öyrətmək lazım idi- keçdik cümlə videolarına, İndi isə sual cavab videoları ilə düşünməsini artırmağa çalışırıq. Beləcə oğluma bir şeylər qatmağa çalışarkən yaranan ani bir ideya ilə açdıq bu kanalı. Tuncayda əgər effekt verdisə bəlkə başqa uşaqların da nitq inkişafına təsir göstərər deyə  Youtubeda Cinbala kanalını yaratdıq və videoları burada paylaşdıq. Gün-gündən böyüdü. 

Heç unutmuram. Bir gün bir ana mənə yazmışdı. Övladının 11 yaşı var idi və autizm sindromlu uşaq idi. İlk sözünü bu video ilə deməyə başlamışdı. O mesaj qədər məni sevindirən-kövrəldən mesaj olmamışdı. 

O kanal böyüdükcə hədəflərimiz də böyüyür. O kanal böyüdükcə motivasiyamız da artır, ümidlərimiz də artır. 

Bu da ana-bala olaraq bizim truestorymizdir

Diğer yazılar

kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.