Dostlar, yaşadığım sıxıntılarla bağlı yazdığım statusdan sonra onlarla insan dəstəyini təklif etdi. Ələ salan, tənqid edən də ola bilər, normaldır. Şəxsən yazan, mənəvi və maddi dəstək təklif edən hər kəsə ürəkdən və təkrar-təkrar təşəkkür edirəm. Hətta tənqid edənlərə də minnətdaram.
Sevinirəm ki, dostlarım səmimi və qayğıkeşdir.
Mən qarşılıqsız köməyi qəbul etmirəm. Buna könlüm razı deyil. Ancaq dostcasına təklifləri də geri çevirmək istəmirəm....
Çıxış yolu düşündüm...
2 ay sonra 40 yaşım tamam olur və sonuncu dəfə şeir kitabı nəşr etdirmək istəyirəm. Bütün şeirlərimi əhatə edəcək külliyat da ola bilər, cəmi 40 şeirdən ibarət bir kitab da...
Sadəcə ürəkdən dəstək olmaq istəyən dostlar üçün, kofe.al platformasındakı hesabımı paylaşacam. Kim dəstək olmaq istəyirsə, buyursun bir virtual kofe alaraq, dəstək olsun. Beləliklə mən problemlərdən xilas olmağa cəhd edirəm və mənə dəstək olan heç kəsə borclu qalmadan imza günü keçirərək hər kəsə yeni kitabımı hədiyyə edirəm.
40 yaşımı öz evimdə qeyd etmək üçün son şansımı yoxlamaq istəyirəm. İstənilən halda həyat və mübarizə davam edir.
Nə olur olsun, kitab çap ediləcək və dəstək olan hər kəsə tərəfimdən imzalı şəkildə hədiyyə ediləcək.
Hər şey çox sadədir. Kofe alırsınız, bu virtual kofeni almaqla mənə dəstək olursunuz. Evi xilas etməyə son dəfə cəhd göstərirəm, nəticədən asılı olmayaraq şeir kitabımı yanvar ayında çap edib sizlərə təqdim edirəm.
Ümid edirəm ki, heç kəsi incitmədən, çətinliyə salmadan, şəffaf bir dəstək kampaniyası olacaq...
Buyurun,