Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Shahrıyar Gasimov
  • Özünü Tapmaq: Hamının Arasında İtən "Mən" Bölüm 1 - İtməmisən. Sadəcə heç vaxt doğulmamısan.
    Shahrıyar Gasimov
  • 57 Görüntüleme
  • 26.06.2025
  • 2 dk. okuma

Özünü Tapmaq: Hamının Arasında İtən "Mən" Bölüm 1 - İtməmisən. Sadəcə heç vaxt doğulmamısan.

Özünü Tapmaq: Hamının Arasında İtən "Mən" başlığı adı altında 7 bölüm ibarətdir.

Özünü Tapmaq: Hamının Arasında İtən "Mən" Bölüm 1 - İtməmisən. Sadəcə heç vaxt doğulmamısan.

Əvvəlcə bu sualı soruş özündən: “Mən həqiqətən olmuşam, yoxsa sadəcə olmuş kimi görünürəm?”

Bu sual səthi bir təhlil deyil. Bu, illərlə içində susmuş, səsini itirmiş “mən”in ilk pıçıltısıdır. Çünki, bəzən insan itmir… Sadəcə heç vaxt doğulmur.

Bəziləri doğulmazdan əvvəl dizayn edilir:– “Bu mənim oğlumdur, həkim olacaq.”– “Bu mənim qızımdır, müəllim olacaq.”– “Bizim ailədə belə şey olmaz.”– “Ayıbdır. El-aləm nə deyər?” Bunun kimi yüzlərlə nümunə gətirmək olar. Və sən doğulmazdan öncə artıq çərçivəyə salınmısan. Daha nəfəs almamış, sənin yerinə kim olacağını seçiblər. Daha gözlərini açmamış, sənə necə baxmaq lazım olduğunu öyrədiblər. Sən də öz seçimlərin olmadan, başqalarının kabusu ilə böyüyürsən.

Bax, əsl cəhənnəm budur. Sən doğulmamışdan əvvəl artıq cəhənnəmdəsən.. Cəhənnəm - Alovlu bir yer deyil ki. Özünü qəbul etdirməyin üçün oda-alova atdığın yerdir.

Sənin fikirlərin olmur, çünki sənə deyirlər: “Uşağın fikri olmaz.”

Sənin hisslərin olmur, çünki deyirlər: “Danışma, nə hiss edirsənsə gizlət.”

Sənin istəklərin olmur, çünki deyirlər: “Neçə dəfə demək olar ki, olmaz. ” Beləcə sən hələ doğulmamış bir ruhun kopyasına çevrilirsən. İçində səssizcə ağlayan bir “mən” saxlayaraq böyüyürsən. O “mən” heç vaxt danışa bilmir. Heç vaxt seçim edə bilmir. Heç vaxt rədd edə bilmir. Çünki, hələ heç vaxt doğulmayıb. Və sonra günlərin birində… Həyat sakit görünsə də, içinin dərinliyində bir silkələnmə baş verir. Sən, hər şeyin normal getdiyi bir anın ortasında, sanki içindən qopan bir səs eşidirsən:

“Mən hara yox olmuşam axı?”

O səs yavaş deyil. Qışqırır. Səni silkələyir. Və o an anlayırsan ki: Sən bu günə qədər sadəcə görünmüsən. Sadəcə var olmuş kimi yaşamısan.

Ancaq, heç vaxt doğulmamısan ki.

Diğer yazılar

kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.