YADLARA MƏHBUS (music)

dur, olduğun yerdə qal və sus.


975 baxış
06.08.2023
1 dəq oxuma
  • söz `  musiqi: Azər Zadə (2020)

bir gün şəhərdə qarşılaşsaq, gözlərimizə baxsaq,

kor olub görməsək yanımızdakıları,

o an ürəkdə bir döyüntü, əllərdə min titrəyiş,

xatırlasaq bütün olan yaşanmışları,

dur, olduğun yerdə qal və sus,

sevgimiz yadlara məhbus,

vur, qışqır,bağır, dağıt və küs,

bir də “mən”lə “sən”dən olmaz ki “biz”.