İstər hobbi, istərsə də peşəkar hər bir elektrik/elektronik mühəndisin iş masasında qurğuların işini ölçmə və yoxlama aparmaq məqsədilə müxtəlif çıxış nominallı qida blokunun olması vacibdir. Bu yaxınlarda mənə Litium-Polimer (Li-Po) batareyalarını yükləmək üçün yüksək güclü (>50 Vatt) qida bloku lazım oldu və bu cür qida bloklarının qiyməti baha olduğundan, əlimdə olan ikinci əl kompüter qida blokunu şəxsi istifadəm üçün modifikasiya edib istifadə etmək qərarına gəldim.
Bloq yazısı uzun olduğu üçün davamını saytımızdan oxuya bilərsiniz; https://blog.makerspace.az/posts/1-atx-qida-bloku/