Havalar isindikcə bitməyən bir "şortik" müzakirəmiz yenidən aktivləşib. Bu barədə fikirlərimi aydın şəkildə bildirmək istəyirəm: ilin-günün bu vaxtında insanların geyiminə görə müzakirə olunması, qınanması və ya onlara fərqli gözlə baxılması artıq geridə qalmalı olduğumuz mövzulardır.
Yay aylarında rahatlıq və hava şəraiti hər kəs üçün önəmlidir. Kiminsə şortik geyinməsi nə onun mənəviyyatını azaldır, nə də geyinməməsi onu kimdənsə üstün edir. Gəlin enerjimizi geyimləri yox, bir-birimizə qarşı davranışlarımızı, mədəniyyətimizi və düşüncələrimizi inkişaf etdirməyə xərcləyək.
