Bir insan öz ölkəsindən niyə qaçır? Buna nə səbəb ola bilər? Ya da bütün bunları boş verin və bu sualı verin: Bütün bu düşüncələrin səbəbi, insanın hər hansı bir sistemin qulu olmağı rədd etməsidirmi? 17 yaşlı bir qız... Şimali Koreyada kiçik bir qəsəbədə yaşayır.
Bir gün ölkəsindən qaçmaq üçün hərəkətə keçir. Bəli, öz ölkəsindən. Şimali Koreya əsgərlərinin ətrafda gəzdiyi bir gün, olduğu yerdən bir addım irəli gedir. Attığı ilk addım belə onun sonu ola bilər. Amma eyni zamanda bu addım, naməlum bir səfərin ilk hərəkəti də ola bilər. Həqiqətən, bu ölkədən qaçmaq mümkündürmü? Yəni Şimali Koreyadan...