Əsər

Təhminə və Zaur


30 baxış
08.07.2026
3 dəq oxuma

Təhminə və Zaur

Kitabın icmalı:

Hadisələr Bakıda baş verir , Zaur 24 yaşlı gənc oğlandır, evin tək oğlu olan Zaur rahatçılıq içərisində böyüyüb, az danışan ata və Zaura çox bağlı olan ana. Zaurun aiıəsinə baxanda görürük ki, evdə işləri əsas idarə edən Zivər xanım yəni anasıdır.

Digər qəhrəmanımız isə Təhminə, Zaurdan yaşca böyük olduqca gözəl , evli və hər kəsin sahib olmağa çalışdığı bir qadındır. Zaurla Təhminə eşq münasibəti yaşayırlar tez tez görüşürlər sevişirlər Zaurun anası bu durumdan artıq narahat olmağa başlayır və ona görə də tez bir zamanda oğlunu qonşu qızı Firəngizlə evləndirmək istəyir, Firəngizin aiıəsi də artıq Zauru özlərinə kürəkən kimi görməyə hazırdılar. Zaurun Firəngizlə bir problemi olmasa da qardaşı Spartakdan heç xoşu gəlmir, buna səbəb isə daha çox Təhminədir . Çünki Spartak da Təhminəni bəyənirdi.

Zaur sonunda Təhminəyə görə ailəsiylə dalaşdı və evdən getdi. Anası Zivər hər gün hər saat zəng edib Təhminəni söyürdü. Günlər keçdikcə Zaurun Təhminəyə olan qısqanclığı daha da artırdı. Onun şübhələri dinmək bilmirdi. Sonunda dalaşıb ayrıldılar, ayrıldıqdan sonra Zaur evinə, əvvəlki həyatına qayıtdı, qonşu qızı Firəngizlə evlənmə qərarı aldı , Zaur evləndi, Təhminə isə onu unutmaq üçün hər gün içdi. Zaur və Firəngiz balayında olanda isə Təhminə artıq dünyasını dəyişmişdi. Zaur qayıdanda bu xəbəri eşidir təbii ki, çox pis olur. Bundan sonra yoldaşı, uşaqlarıyla birgə sadə həyatına davam edir və ara sıra Təhminəni xatırlayır.


 

Düşüncələrim :

Bu kitabda əsaas qəhrəman mənə görə Təhminədir . Təhminə həyatı gətirməmiş bir qadım idi, ata və anası dünyadan köçmüşdülər. Uğursuz bir evlilik etmişdi, yaşadığı cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkirdi. Televiziyada işləmək və Zaurla bir yerdə olmaq onun üçün hər şeyə dəyərdi.

Təhminə özüdə bilirdi ki, istədiyi kişidən istifadə edə onunla birlikdə ola bilərdi. Kişilərin ona olan marağından xəbərdar idi, ancaq o sadəcə özündən yaşca kiçik Zauru sevirdi və ona sadiq idi. Elə ən böyük səhvlərindən biri bu idi. Çünki Zaur müstəqil insan deyildi, onun həyatı əvvəldən valideynləri tərəfindən inşa edilmişdi. Zaur və Təhminə münasibəti iki yetişkinin münasibətindəm çox ana-bala münasibətinə daha çox yatqın idi.

Təhminə bütün ümidlərini , xəyallarını Zaurun üzərinə yükləmişdi, özü bilirdi ki, bu münasibətin sonu yoxdur ancaq yenə də bunu edirdi və sonda Zaurun ayrılığından sonra , qurduğu ümidlərin altında əzildi.

İkinci böyük səhvi isə oyununu cəmiyyətin qaydalarına uyğun oynamırdı. Təhminə bilirdi ki, bu cəmiyyətdə evli olmadan biri ilə yaşamaq, kişilərlə dostluq etmək, rahat söhbət etmək axır əvvəl dediqodulara səbəb olacaq.

Təhminəni əvvəl Zaura olan eşqi , sonra isə uyğunlaşa bilmədiyi cəmiyyət öldürdü.

Zauru isə ümumiyyətlə ciddi xarakter olaraq qəbul edə bilmirəm. Təhminədən ayrılan kimi acığa Firəngizlə evlənməsi buna sübutdur.