Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Asim Hasanov
  • İşə qəbul zamanı ünsiyyət qurmaq
    Asim Hasanov
  • 65 Görüntüleme
  • 27.12.2024
  • 2 dk. okuma

İşə qəbul zamanı ünsiyyət qurmaq

İşəgötürəndən zəng gəldi.

İşə qəbul zamanı ünsiyyət qurmaq

Nə edim?❓ 

1️⃣ Sakitliyinizi qoruyun və diqqətlə dinləyin İşəgötürənlə telefon danışıqları zamanı ən vacib addım sakitliyi qorumaq və diqqətlə dinləməkdir. Zəng əsnasında diqqətinizi danışığa yönəldin və qarşı tərəfi kəsmədən dinləyin. Zəng gözlənilməz olsa belə peşəkar davranışınızı qorumaq önəmlidir. 

 

2️⃣ Əlaqədar məlumatları dəqiqləşdirin Müsahibənin tarixi, saatı və formatı (üzbəüz, onlayn və ya telefonla) kimi məlumatları soruşun və qeydlərinizə yazın. Əgər zəngdə təklif olunan vaxt sizə uyğun deyilsə nəzakətlə başqa vaxt təklif edin. 

 

3️⃣ Səslə inam yaratmaq Səsiniz müsahibə zamanı sizin peşəkarlığınızı göstərən əsas alətinizdir. Rahat və inamlı danışın. Əgər zəng zamanı texniki çətinliklər varsa nəzakətlə zəngi təkrarlamağı təklif edin. 

 

4️⃣ Özünüzü və vəzifəni aydınlaşdırın İşəgötürəndən zəng gəldikdə müraciət etdiyiniz vəzifəni düzgün xatırlamaq və hansı iş üçün müsahibəyə dəvət aldığınızı aydınlaşdırmaq vacibdir. Bu, şirkətə olan marağınızı və diqqətinizi göstərir. 

 

5️⃣ Sual verməkdən çəkinməyin Müsahibənin gedişatı ilə bağlı suallar vermək həm sizin marağınızı həm də hazırlığınızı göstərir. Məsələn: “Müsahibə hansı mərhələləri əhatə edir?” kimi sual işəgötürənin gözündə sizi diqqətli namizəd kimi göstərə bilər. 

 

6️⃣ Təsdiq emaili göndərin Zəngdən sonra təşəkkür emaili yazmaq həm öz peşəkarlığınızı nümayiş etdirir, həm də müsahibə vaxtını və təfərrüatlarını təsdiqləmək üçün əla üsuldur. 

 

7️⃣ Həmişə hazırlıqlı olun Sizə zəng gəldikdə müraciət etdiyiniz vakansiya və CV-niz haqqında məlumatlı olun. Zəngdən əvvəl, hansı işlərə müraciət etdiyinizi xatırlayın və əsas suallara cavab vermək üçün hazır vəziyyətdə olun. 

 

8️⃣ Hər bir zəngi şans kimi dəyərləndirin Hər zəng yeni bir fürsətdir. Hər zəngə müsbət yanaşın və onun böyük bir fürsət olacağını unutmayın. İşəgötürənlə olan ilk təmaslar sizin haqqınızda ilk təəssüratı yaradır. 

 

Qeyd: Bu sadə lakin effektiv tövsiyələr HR kimi illərlə topladığım təcrübələrə əsaslanır. Hər zəng sizi işə qəbul prosesinə bir addım yaxınlaşdırır. Əziz HR mütəxəssisləri əgər bu məqalədəki tövsiyələr işə yararlıdırsa dəstəyinizi göstərərək paylaşmağı unutmayın! Birlikdə namizədlərə daha çox dəstək ola bilərik. Sizin dəstəyinizlə daha çox insanın işə qəbul yolunda uğur qazanmasını təmin edək!

Diğer yazılar

Hansı bürcü işə götürmək olar

Hansı bürcü işə götürmək olar

  • 116 Görüntüleme
  • 06.01.2025
  • 1 dk. okuma
Bürcünüz yalnız xarakterinizi deyil, işə yanaşmanızı da təsir edir. Hər bürcün özünə uyğun iş tərzi və güclü tərəfləri var. ...
Herkes
Daha fazla bilgi
Bu gün ofisdə tamamilə gözlənilməz bir hadisə baş verdi!

Bu gün ofisdə tamamilə gözləni

  • 130 Görüntüleme
  • 29.12.2024
  • 1 dk. okuma
Müsahibə üçün namizədi gözləyirdim, amma iclas otağının qapısı açıldı və ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.