Qazi İsayev İmran

İmran ilk gündən ən aktiv əsgərlərdən biri idi. Qumbaraatan idi. Öz ixtisasını yaxşı bilməklə yanaşı, çox əla idarəetmə qabiliyyəti var idi.


10 baxış
22.09.2026
1 dəq oxuma

Qazi İsayev İmran

İmran ilk gündən ən aktiv əsgərlərdən biri idi. Qumbaraatan idi. Öz ixtisasını yaxşı bilməklə yanaşı, çox əla idarəetmə qabiliyyəti var idi.

İmranı hər yerdə görə bilərdin: yaralı daşıyanda, təminat gətirəndə, döyüş planı hazırlayanda və şəhidin yanında... 🙁

Komandirlərin hamısı İmranı çox istəyirdi. Sanki sağ əlləri idi. Hər işə əlindən gələnin artığını edirdi.

İmran 21 oktyabr günü, Dimanın şəhid olduğu gün yaralanmışdı. Bir yerdə idilər: Dmitri, Kənan, İmran. Həm Kənan, həm də İmran ağır yaralanmışdı.

Bir gün öncə tabor komandiri Mayor Azayev şəhid olmuşdu. Səhər tezdən yeni bir zabit təyin edilmişdi. Hər şey ani olduğundan yeni komandir də hələ əraziyə bələd deyildi və döyüşün necə getdiyindən xəbərsiz idi.

Ermənilər böyük əks-hücum əməliyyatı aparmağa başlayanda artilleriya dayanmırdı. Bu zaman yeni təyin olunmuş komandir İmrana:

— Əsgər, indi nə edək? — deyə soruşdu.

Bu, İmranın necə yaxşı, mərd və cəsur döyüşçü olduğunu göstərirdi.

Səninlə qürur duyuram, qardaş!