26 sentyabr 2020-ci il

Sәhәr 11:00...Hәrbi hissәnin parkı.Tabor komandiri "Әzizlәr,müharibә xәbәri ilә sizi sevindirәcәm,az qaldı" Parkda sursatları maşınlara yüklәyirik,bir zabit gәldi.TӘT komandiri idi.


565 baxış
03.11.2023
1 dəq oxuma

26  sentyabr

Sәhәr 11:00...Hәrbi  hissәnin parkı.Tabor komandiri  "Әzizlәr,müharibә xәbәri  ilә  sizi sevindirәcәm,az qaldı" Parkda sursatları maşınlara yüklәyirik,bir  zabit gәldi.TӘT komandiri idi.
-Komandir,o düzdür ki,sabah müharibә  başlayır?
-Uşaqlar,zabitin hәftәdә  1 istirahәt  günü  var,onu da müharibә  edәk?Dayanın,oturmuşuq da - deyә  әsgәrlәrlә zarafat  etdi.

Günorta yemәyindә artıq rezin "juqutlar"(qan axmasının qarşısını  almaq üçün)  hazırlığı  gedirdi.Hәqiqәtәn müharibә iyi gәlirdi.Tez bir  balaca vәrәq  tapıb,vәsiyyәtimi  yazım.Telefonum da yox idi,amma hәmin gün evlә,dostlarla  bir  neçә  dәfә danışdım.Maksimum işlәrimi yerbәyer etdim,әsas xahişlәrimi  dostuma  dedim. Axşam yemәyindәn sonra İsimliklәr vә adlarımız  olan gilizlәri hazırlayırdılar.Cavidanla o  gecә çox  söhbәt  etdik.Әn çox ondan narahat idim.