Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Әli Әhmәdli
  • 21 sentyabr 2020-ci il
    Әli Әhmәdli
  • 402 Görüntüleme
  • 02.11.2023
  • 2 dk. okuma

21 sentyabr 2020-ci il

Sübh namazından sonra ana qalxaraq ," bu gün "Jek"dən ataya zəng gəlib,səni istəyirlər mütləq get" dedi.Yaxşı Anacan - deyib yenidən yatdım. Saat 9-da Ana yenidən zəng etdi " Ata,qalx get.Səni çağırırlar,tez ol"

21 Sentyabr

Sübh namazından sonra ana qalxaraq ," bu gün "Jek"dən ataya zəng gəlib,səni istəyirlər mütləq get" dedi.Yaxşı Anacan - deyib yenidən yatdım.   Saat 9-da Ana yenidən zəng etdi  " Ata,qalx get.Səni çağırırlar,tez ol"

Deyinə-deyinə qalxıb,bir çay içdim.Sonra maşınla getdim,deyilən yerə.Çatan kimi " sən hələ burdasan,getməmisən?Təcili özünü çatdır "voenkomata". Tez-bazar maşına əyləşib Hərbi Komisarlığa tərəf yol aldım.Ora çatanda Polislər və insan izdihamını gördüm və hələ də mənə heçnə çatmırdı. İçəri daxil oldum, ad soyadımı dedim.Mənə "evdəkilərə xəbər et,səfərbərlikdirYəqin ki, bir neçə saatlıq səni əsgər aparacayıq" dedilər.Anaya yığdım ki,Səfərbərlikdir və mən gedirəm.Maşın burdadı, qaqaş və ya Ata gəlib götürsün.Hər şey o an başladı.Valideynlər  getdikcə artır insanlar nələrisə duymağa başlayırdı.Sanki , bu deyilən kimi 3 saatlıq təlim falan deyil.Bu "həqiqi səfərbərlikdir" hissi gəlirdi.Tovuz hadisələrindən sonra  könüllü yazılmışdım.Hadisələrin təsiri hələ üstümüzdə idi və "arvadlar deyirlər sentyabrda müharibə başlayacaq" söhbətləri gəzib dolanırdı.Anagil gəlib çatdı.Mənim göz əməliyyatım yeni olmuşdu.Həkimlə əlaqə saxladılar və mümkündür ki,aparmasınlar dedilər.Amma, getməyi israr etdim və narahat olmayın hər şey yaxşı olacaq deyirdim.

Whatsappda bir status yazdım ki,dost-tanış xəbəri olsun. O an yazılar,zənglər dayanmadı. Dəyərli ruhani Hacı Şahin zəng edəndə,sanki dünyanın yükü üstümdən götürüldü.Və çox böyük aramlıq yaşadım.Sonra yenə qohumlar,dostlar yığdıqca yenidən sıxılmağa başlayırdım.Ürəyimdən keçirdi ki, hacı bir də yığardı,bir də səsini eşidərdim,Hacı yenə yığdı.Yenə aramlıq tapdım..Bu hal 2-3 dəfə baş verdi...Namaz vaxtı olanda yaxınlaşdım ki,mümkündü namaz qılıb sonra çıxarıq? dedilər olar.Bir otaq göstərdilər,bir neçə nəfər də mənimlə gəldi,namazı qıldıq.Nömrәlәr heç  vaxt yadımda qalmır,kontakta girib Aydanın nömrәsini  әzbәrlәmәyә başladım.Və o an gəlib çatdı.Ata bir neçə qalın paltar alıb gətirdi.Və bir dənə də qələm çıxartdı cibindən ki, " Al bunu,qələm hər yerdə lazım olur".Görüşdük və böyük bir izdihamla Hərbi komissarlıqdan yola çıxdıq...Bilmədiyimiz,hiss etmədiyimiz,başa düşmədiyimiz yola çıxdıq...

P.S: 13 oktaybrda qaqaş cəhbə bölgəsinə yanıma gələndə  mən də ataya erməni əsgərinin dəftərini hədiyyə göndərmişdim :)

Diğer yazılar

Qazi Kazımov Kәnan

Qazi Kazımov Kәnan

  • 336 Görüntüleme
  • 02.01.2024
  • 2 dk. okuma
“Qazi Kazımov Kәnan — Allah ömrünü uzun etsin. Döyüşün ilk günündәn bir yerdә qalırdıq. Yunislә Kәnan yaralandı, Dmitri ilә Elsәvәr şәhid oldu, Cav ...
Herkes
Daha fazla bilgi
Bildim, şәhid olmamışam

Bildim, şәhid olmamışam

  • 348 Görüntüleme
  • 24.12.2023
  • 1 dk. okuma
Əli Əhmədli yazır: “Yaranın ağrısını hiss edəndə bildim ki, şəhid olmamışam” ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.