Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Tarverdiyeva Meryem
  • Sahildəki GÖRÜŞ 🌊
    Tarverdiyeva Meryem
  • 52 Görüntüleme
  • 28.04.2025
  • 6 dk. okuma

Sahildəki GÖRÜŞ 🌊

Həyat gecikənləri sevmir deyə bir ifadə eşitmişdim. Deyəsən bu ifadəyə özümü çox qapdırmışam. Ya da bu ifadəni artıq həyat devizinə çevirməyə başlamışam. Bu gün sahildə görüşə tələsdiyim üçün işdən tez çıxmalı oldum. Bilirdimki o məni hər saat gözləyəcək. Ona saatı deməmişdim, çünki o mənim gələcəyim saatda yerində olacaqdı. Bu görüşə tələsmirdim ama gecikmirdimdə..)

Sahildəki GÖRÜŞ 🌊

Həyat gecikənləri sevmir deyə bir ifadə eşitmişdim. Deyəsən bu ifadəyə özümü çox qapdırmışam. Ya da bu ifadəni artıq həyat devizinə çevirməyə başlamışam. Bu gün sahildə görüşə tələsdiyim üçün işdən tez çıxmalı oldum. Bilirdimki o məni hər saat gözləyəcək. Ona saatı deməmişdim, çünki o mənim gələcəyim saatda yerində olacaqdı. Bu görüşə tələsmirdim ama gecikmirdimdə. Suallarıma cavab axtarmaq üçün onla qarşılaşmalı və danışmalıydım. Gəldim bulvara çatdım. Dənizin sahilinə insanların oturduqları yerə tərəf irəlilədim. Kimisi yanında  pivə budulkasıyla oturub göyərçinə baxır, kimisi rəfiqəsiylə semiçka çırtlayıb daşların üzərinə atır, kimisi yanında yaxınıyla oturub telefona baxır, kimisi yanındakıyla danışır və s. Ancaq heç biri mənim üzləşməli olduğum və görüşünə gəldiyimi gözləmirdi. Dümdüz davam etdim etdim etdim.. Və sonunda özümə uyğun bir yer tapıb əyləşdim. Məndən sonra bir bəy gəlib məndən bir az aralıda əyləşdi. Deyəsən o da mənim kimi fikirli idi. Ama hər kəsin fikri özünə qarışmışdı. Bəlkədə o da mənim kimi onu düşünürdü. Mən oturub yazımı yazmağa başladım. Və bura gəlmə səbəbim bəlli idi. Mən bura heç kəsə görə deyil özümlə görüşmək və üzləşmək üçün gəlmişdim. Ən çox ertələdiyim və ən az tanıdığım mənə. Düşündüyüm insandan ilk dəfə  martın 30 -u saat  17:44  də ilk mesaj gəlmişdi. Ondan gələn son mesajsa 24 aprel saat 13:22 oldu. Deyəsən biz gecəyə keçmədən başlamağı və bitirməyi sevirik. Gecələriysə özümüzlə baş-başa qalmağa ayırırıq. Son vaxtlar daha doğrusu 23 aprel 1-2 mesaj yazmışdıq. Çünki mən ondan incimişdim  və buna görə də çox zaman ayıra bilməmişdim. Alovlu söhbətlərimiz danışdığımız gündən bəri bir-iki dəfə olmuşdu. O mənə qarşı heç bir vaxt artıq-əksik ifadə səsləndirməmişdi. Ama bu gün qırıcı bir cümlə işlətdi. Fəqət mən onla müqayisədə  onla daha kobud danışmışam. Uzun sözün qısası artıq bitdi. İkimizində qərarıyla istəməyə-istəməyə bitirdik. Onun indi qəlbi ağrıyır. Mənimdə ürəyim güllük-gülüstanlıq deyil hal-hazırda. Sadəcə deyəsən həyat tək gecikənləri deyil, heç tələsənləridə sevmir. O  ad günümdə çox soyuq təbrik yazdığı üçün mən ondan incidiyimi bildirdim. O da könlümü alacağını ifadə etdi , ama heçnə etmədi. Heç nəəəə. Və mən buna məhəl qoymayıb onla danışmağa davam etdim. Düşündümki görüşdə sürprizi olacaq və özünün də iştirakıyla məni təbrik etmək istəyir. Ama olmadı. O görüş oldu fəqət o sürpriz o hədiyyə və ya o gül olmadı..  Başımdan qaynar qazan su töküldü. Söhbət edirdik ama canım çox sıxılırdı bu mənzərə qarşısında. Xəyal qırıqlığına uğramışdım.. Buydu sənin mənim könlümü almağın?  Yəni mən buna layiqiydim? deyə elə hey düşündüm. Ona pis olduğumu qətiyyən hiss elətdirmədim. Görüşdən sonra mənə yaxşısan? Sualını yazdım. Bu partlamağım üçün son damla idi və mən özümü saxlaya bilməyib elə həmin günü ayrılandan bir az sonra yazdığı mesajla həmin günü burnundan gətirdim. Bəlkədə tələsdim, amma etməliydim. Artıq bu mövzunun üstündən 3 cü dəfə keçməsinə icazə verməməliydim. Mən bu mövzuda partlayıb haqqlı olduğumu ona izah edəndə bu gözləntinin yalnış olduğunu dilə gətirəndə lap dəliyə döndüm. Çünki, sən mənə bu yaxınlığı, doğmalığı, düşüncəliliyi hiss etdirmisənsə onda gərək bunu əməlinlədə sübut edəsən. Ama sən neylədin? Qarşıladın üzümə güldün danışdın və yola saldın. Bu qədər incə düşünən məni mərkəzə qoyan insan mənə bunumu layiq bildi?deyə özümü sorğulayıram. Sonra anladımki insanın özünün özünə vermədiyi bir şeyi heç bir kişi ona verə bilməz. Mən əgər özümə gül ala bilmirəmsə və ya almıramsa bunu başqasındanda gözləməli deyiləm.Ondan sonra ona mənə nəsə almağa borclu olmadığını anladım. Ama gözləntimin yalnış olduğunu anlamadım. Çünki, oğlan olsam və qarşıma özüm kimi qız çıxsa mən ona qarşı diqqətsizliyə yol verə bilməzdim. Ən azından ilk görüşün ciddiyətini və vacibliyini anlayardım. Ondan sadəcə bu mövzuda doğru etmədiyini qəbul etməsini istədim. Oysa bunu inkar etdi və sözünü geri almadı. Bəlkədə düşünürki mən bundan sonra onun mənim könlümü alması üçün nəsə gözləyəcəm. Oysa gözlədiyim tək şey özünə bəraət qazandırmamasıydı. Bunu edibdə sonra gəlib mənə qarşı çox həssas olduğunu sübut edəVə beləcə nə o fikrindən geri çəkildi nə də mən. Ortada isə yaşanılması mümkünkən yaşanılmayanlar qaldı. Yəqinki bu hekayə bura qədər imiş.. Davamı olarsa mütləqki bu həyat yolunda baş verəcəkdir. Əziz insanlar bir-birinizə nə tələsin nə də gecikin. Hər şeyi öz vaxtında etməyə çalışın. Vaxtından gec suladığınız hər gül bir gün solacaq. Vaxtından tez etdiyiniz hər şey vaxtında olanda etdiyinizdən daha çox şey ifadə etməyəcək. Hər şeyi zamanında edin, zamansız deyil. Ya da hər şeyi zamanında edilməsini sevən insanlara qarşı edin. Sürprizlər hər nə qədər gözəl olsada gözlənilməz olanda daha dəyərli olsada bəzən yerində olmur. Və hər şey öz yerində daha tam görünür. İnsanların özlərini tək də tam qəbul edə bilməsi kimi..

Diğer yazılar

Ağlayan Həqiqət 🗣

Ağlayan Həqiqət 🗣

  • 54 Görüntüleme
  • 23.05.2025
  • 4 dk. okuma
Həqiqətlər acı olur ifadəsini kim çıxardıb? Yəqinki bu cümləni deyən şəxs həm çox uzağı həm də çox yaxını görməkdə çətinlik çəkib. Çünki həqiqətlərin ...
Herkes
Daha fazla bilgi
Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ xəstəliyi

Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ x

  • 65 Görüntüleme
  • 09.05.2025
  • 7 dk. okuma
Mən o qədər çox bahalı rəsm tablolarında yer alacağamki, hər kəs ancaq bu qədər bahalı rəsm tablolarında yer almaq istəyəcək. Və mən elə biri olacağam ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.