Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Tarverdiyeva Meryem
  • Asılqanlı SEVGİLƏR💌
    Tarverdiyeva Meryem
  • 126 Görüntüleme
  • 22.02.2025
  • 3 dk. okuma

Asılqanlı SEVGİLƏR💌

Bu yazıda sevginin uyğunluğu və münasibət qurmağa qarşı edilən təzyiqlərin düşüncəmizə olan təsirlərini ələ aldıq. Suallar məndən, cavablar səndən. Seçimlərinin haqqını verməyin diləyiylə🗨

Asılqanlı SEVGİLƏR💌

Hər asılqan hər paltarı gözəl ifadə etmədiyi kimi, hər münasibət də  hər iki tərəfi məmnun etməyə bilir. Önəmli olan münasibətə başlayıb-başlamamaq deyil, o münasibəti davam etdirib etdirməyəcəyinə qərar verə bilməkdir. Bu şəhərdə asılqanına uyğun olmayan  paltarlar kimi, bir-birinə uyğun olmayan insanların birlikdəliyinə göz yummaq çox asandır. Ayrılıqda qadın və kişi rolunda özlərini kifayət qədər formalaşdırmayan insanların ailə həyatına atılması çıxış yolu kimi görünə bilər. Bəs əslində məsələ necədir? Mən əgər özümlə barışıq, öz məsuliyyətlərimi dərk edə bilməyən, başıma gələn hadisələr zamanı günahkar axtaran, özümdən başqa hamıya məlhəm olan, hələ həyatdakı yerimi tam anlamayan, psixoloji və fizioloji olaraq bir münasibətə hazır olmayan biriyəmsə , necə ortaq birlikdəliyə hazır olmuş ola bilərəmki? Məsələ yaşın keçməsidir, yoxsa yaşanılacaq münasibətin gecikdirilməməsi?  Bir insanın xoşbəxt olmasını ən çox kim istəyir? Ya da bir insanın xoşbəxtlik anlayışının nə olduğunu kim təyin edir? Bu suallar ətrafında bir az düşünək istəyərdim. Təəssüflər olsunki, özümüzə yaraşanı etmək hər zaman bizim əlimizdə deyil. Çünki, düşündüyümüz ailəmiz və cəmiyyətimiz özümüzə qarşı amansız qərarlar verməyimizə yol aça bilir. Tələs, yaşın keçir! Mən nə vaxt nəvə görəcəm?! Utanıram insan içinə çıxmağa hər görən  uşaqlarını nə vaxt evləndirirsən ?! deyə sual verir… İstəmirsiniz ananızı sevindirəsininiz?! -Onda evlənin tipli cümlələri klassik Azərbaycan ailələrində müşahidə edə bilərik. Oysa bizim cəmiyyətimizi, ailəmizi bu qədər düşündüyümüz kimi, onlar da bizim bu məsələyə qarşı həssaslığımızı düşünürmüki?  Deyə bilərsinizki, hər şeyin öz vaxtı var, gecikmək olmaz. Bəs yaxşı vaxtsız gedənlərin vaxtını öncədən kim təyin edə bilərdi? Vaxt bu qədər vacibdirsə, vaxtında evlənənlərin bəzilərinin bu qədər çox boşanmalarına səbəb nədir? Məsələnin əsasında bu sual dayanır: Mən yalnız olanda özümə qarşı necəyəm? Və mən bu birlikdəliyə addım atmaq üçün öz məsuliyyətlərimi dərk edə bilərəmmi?  Bu iki sualla artıq münasibətdə olub-olmamaq haqqında seçim edə bilərsiniz. Hər məsləhətə qulaq asmaq olar, fəqət qərar anında məsləhətin çəkisi qədər, öz fikirlərinin çəkisi də ağır olmalıdır. Günahkar axtarmaq, özünü çarəsiz biri kimi göstərmək, haklı olmağa çalışmaq çıxış yolu deyildir. Önəmli olan seçdiyin yolda sənə yalnış gələn asılqanda olduğunu dərk etdikdən sonra verəcəyin qərardır. Ya münasibəti həll etməyə cəhd edəcəksən, ya sadəcə olaraq bu vəziyyəti olduğu kimi qəbul edəcəksən, ya da bunların heç birini etmədən çıxıb gedəcəksən. Burda atacağın hər bir addımından sonra, görəsən digərini etsəydim necə olardı? deyə düşünə bilərsən. Ya da, onsuzda o iki addımı atsaydım, 100 faiz flan şeylər olacaqdı şəklində senarilər qurub buna özünü inandıraraq suallarını cavablandıra da bilərsən. Fəqət bir şeyi unutma: Çox zaman atmadığımız addımlar, atdığımız addımlardan daha düşündürücü və maraqlı olacaqdır.🧜‍♀️

Diğer yazılar

Ağlayan Həqiqət 🗣

Ağlayan Həqiqət 🗣

  • 63 Görüntüleme
  • 23.05.2025
  • 4 dk. okuma
Həqiqətlər acı olur ifadəsini kim çıxardıb? Yəqinki bu cümləni deyən şəxs həm çox uzağı həm də çox yaxını görməkdə çətinlik çəkib. Çünki həqiqətlərin ...
Herkes
Daha fazla bilgi
Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ xəstəliyi

Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ x

  • 72 Görüntüleme
  • 09.05.2025
  • 7 dk. okuma
Mən o qədər çox bahalı rəsm tablolarında yer alacağamki, hər kəs ancaq bu qədər bahalı rəsm tablolarında yer almaq istəyəcək. Və mən elə biri olacağam ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.