Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Tural İlyas
  • Kurtlar Vadisi Vatan
    Tural İlyas
  • 420 Просмотры
  • 19.02.2024
  • 2 мин. чтения

Kurtlar Vadisi Vatan

Kurtlar Vadisi Vatan filmi haqqında təhlil yazım

Kurtlar Vadisi Vatan

Kurtlar Vadisi Vatan

Bir neçə gün əvvəl ilk 97 bölümü izləyib haqqında uzun bir təhlil yazısı da yazmışdım. Nə yalan deyim ilk 97 bölümü bəyənmişdim. Bekarçılıq idi dedim bir də KV - Vatan adlı filmi də izləyim və sizlər üçün təhlil edim. Amma kaş baxmaz olaydım. KV Pusuya aid videolara baxanda ssenarist və aktyor olan Cahid haqqında mənfi rəylər görürdüm, qısa videolarla onun ələ salındığını görürdüm və neytral yanaşırdım bu vaxta qədər amma bu filmi izləyəndə day bu qədər də yox, elə camaat düz deyir, hələ az da deyir dedim özüm üçün.

Filmin mövzusu Türkiyədə "15 Temmuz "Darbe"si" ilə bağlıdır. Hadisələr İraqda başlayır, adını unutduğum bir kəndə keçid edir və orda da bitir. P.A və adamlarının helikopteri vurulur ancaq pilot ölür onlara heç nə olmur (Cahidin Tüstüdə Yazdığı Ssenari Hissə - 1 qısası - CTYSH-1), filmin başlanğıcında müəyyən bir hissədə Cahid boynunda dəbli şərfi ilə döyüşür sanki podyumdadır(CTYSH-2), irəlidəki səhnələrin birində onun yanına atılan əl qumbarası - el dili ilə desək - Limonkanı düşdüyü yerdən götürüb yenidən düşmənə atır (CTYSH-3), P.A döyüş vaxtı evin bir damında bir silahla onlarla adamı öldürür amma ona atılan güllələrin hamısı yan keçir özü də damda açıq hədəf olarkən (CTYSH-4), P.A yanına əl qumbarası, miniroketatan silah mərmisi və s. düşür heç saçı belə dağılmır qulağı da bomba kimi eşidir və davam edir döyüşə(CTYSH-5), bütün əsgərlər ölür, komandir, P.A və komandası sağ qalır (Pafosun zort etdiyi - CTYSH-6), sonda P.A - Corc Sorosu və diplomat Dave-i öldürür ( CTYSH bu dəfə rəqəm yetmir)

Filmin adı Vətəndir amma görünür Türkiyədə də hətta incəsənət xadimləri belə dövlət,vətən və hakimiyyəti bir-birilə səhv salırlar. Film mövcud hakimiyyətin təbliğat maşınından və pafosdan başqa bir şey deyil.

Əgər qiymət verməyə məcbur olsam 10 baldan 2. Texniki işçilər və P.A obrazını səsləndirən aktyora görə. Mən baxıb vaxtımı itirdim siz etməyin

Qiymətləndirmə: 10/2

 

Другие посты

Azdan az gedər, çoxdan çox...

Azdan az gedər, çoxdan çox...

  • 462 Просмотры
  • 17.02.2024
  • 7 мин. чтения
Kurtlar Vadisi serialı haqqında təhlil yazım ...
Все
Больше
Növbədəki adam

Növbədəki adam

  • 405 Просмотры
  • 06.01.2024
  • 9 мин. чтения
Uşaqlıqda növbələr mənə olduqca maraqlı gəlirdi, çünki orda fərqli insanlar görürdüm. Bəzən onlara dil çıxardır, bəzənsə də göz vururdum... ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.