və ya informasiya pəhrizi
Sosial media işlədirəm amma boş-boş yox maraqlı və elmi məlumatlar paylaşan ciddi səhifələri izləyirəm. Hər şey özümü aldatdığım bu fikirlə başladı. Alimlər, tarix, fizika, kosmos, kitablar, yazıçılar, filmlər haqqında maraqlı məlumatlar paylaşan səhifələri izləməyə başladım. Artıq facebooku açanda qarşıma hansısa tarixi hadisə və ya elmi bir fakt çıxırdı . Uzun müddət bu cür davam edəndən sonra bir şeyi başa düşdüm, mən əslində heçnə öyrənmirəm, öyrəndiklərimi xatırlamıram, xatırladıqlarım isə mənə heç vaxt lazım olmayan məlumatlardı. Üstəlik hər şeydən az-az bildiyim halda heç bir mövzuda dərin bilgiyə sahib deyiləm. Nəyisə oturub dərin öyrənmək, düşünmək istəyəndə isə diqqətimi bir yerə cəmləyə bilmirdim. Sonda düşünmək qabiliyətimi tamamilə itirdim. Düşünməyimə ehtiyac yox idi, düşünməli oluğum hər şey kapsul formasında internetdə hazır idi, mənim etməli olduğum tək şey ekranı yuxarı doğru sürüşdürmək idi…
Bu mənim hekayəmdi, amma mənə elə gəlir çoxumuzda vəziyyət belədir.
Bütün asılılıqlarda olduğu kimi burda da səbəb hormonlardı (xüsusilə dopamin). Yeni bir məlumat öyrənəndə beynimizdə hormon ifraz olunur və biz hər dəfə nəsə öyrənəndə artıq lazımlı/lazımsız fərqi olmadan bütün məlumatlardan asılılıq yaranır. Normalda 1–2 saat oturub bir kitab oxuyub, o məlumatı yavaş-yavaş həzm edərək öyrənmək əvəzinə instagrdam bir statusdan 30 saniyəyə öyrənirsən. Qədim dövrlərdə insanları həyatda saxlayan şey öyrənmə bacarığı idi, ona görə də beynimiz öyrənməyə qarşı həssasdır. Hər hansı yeni məlumatı işə yaraya bilmə ehtimalına görə eyni önəmlə qəbul edir.
Belə bir söz var, nə yeyirsənsə ona çevrilirsən. Yediyin yeməyə diqqət etmirsənsə, hər dəfə nə tapdın fikir vermədən yeyirsənsə, bir müddət sonra bədənin işləmə sistemi pozulur və nəticə olaraq xəstəliklər yaranır. Bədənimizə daxil olan şeylər onu formalaşdırır. Beynimiz üçün də bu hal keçərlidir, beynimizə ötürdüyümüz məlumatlar nədirsə beynimiz (düşüncələrimiz) ona çevrilməyə başlayır. Daim ciddi görünən amma faydası olmayan və bir-biri ilə tamamilə fərqli məlumatları beynimizə qida kimi verəndə, beynin işləmə sistemi pozulur. Bədənimizdəki problemləri xəstəlik kimi görürüksə, beynimizdə yaranan problemlər bizim diqqətimizin yayınması, düşüncələrin qarışıqlığı, bir mövzu haqqında düşünə bilməməyə çevrilir. Üstəlik öyrəndiyimiz məlumatları yerbəyer etməsi üçün beynimizə vaxt da vermirik, bir məlumat öyrənən kimi ardınca yeni biri. İnformasiya axını dayanmadığı üçün, beyin necə reaksiya verəcəyini, hansı məlumatı harda və necə saxlayacağını bilmir. Beynimiz tiktokdakı timeline kimi işləməyə başlayır, hər 30 saniyədə fərqli bir məlumat gözləyir, fərqli bir düşüncə. Beləcə düşünmək qabiliyətimizi də itiririk.
Balaca bir qeyd, facebookda, instagramda olan məlumatları öyrənib, yadda saxlamağa çalışmaq dünyagörüşünü artırmaq deyil.
Daha ətraflı öyrənmək istəyənlər stəyənlər internetdə information diet yazıb çoxlu fərqli üsullar tapa bilər.
Mən özüm də informasiya pəhrizindəyəm və gün ərzində çox az şey öyrənməyə çalışıram, öyrəndiklərimin bəzilərini telegramda Ağac adlı kanlımda paylaşıram. Necə deyərlər həm pəhrizə qoşul həm də kanala: https://t.me/virtual_agac 🙂
Yazının faydalı olduğunu düşünürsənsə dostlarınla da bölüşə bilərsən.