☘️Sizi yaşam və ölüm arasında baş verən xəyali hadisələr qarşılaşacaq.
☘️Bu Pixar Animasiyası Caz müəllimi Joe Gardner kariyera həyatı və onun bənzər ruhu 22'dən bəhs edir. Bir gün bu müəllim "ölür".
☘️Bir Light-Blue colored Soul universe/illusion və həmin"Kainat"da Joe və 22 öz "işartı"larını (qığılcım) axtarır.
☘️Bu "qığılcım" peşəsi bir "Aşpaz", "Yanğın söndürən", "Rəssam", "Kitabxanaçı" , "Kimyagər", "İdmançı", "Diplomat", "Astronavt", "Rəqqas", "Tatomaster", "Aktyor/aktirsa" hətta bir "Bərbər" və s ola bilər.
☘️ İnsanın yaşaması üçün səbəbin olmalıdır, ən az bir səbəbin varsa həyata tutuna bilərsən.
☘️ "Ruh", canlı deyil. "Canlı", ruhsuz mövcüd deyil amma "Canlı" biri "Ruh"dan fərqli olaraq hiss edir.
☘️ Həyatda hər kəs, çox yüksək ola bilməz, əks halda tarazlıq pozulardı. Bəziləri işi çox yüksək, bəziləri çox primitiv.
☘️ Yediyiniz yemək, sizi o biri dünyaya aparan yolda çox "kömək" olur, yaşadığımız müddətdə həm də qidalanma yaşamla keyfiyyətdə düz mütənasibdir. Yaxşı qida, uzun ömür başqa sözlə keyfiyyətli yaşam mənasına gəlir.
☘️ Xırda şeylərdən həzz alın, bu bir "sorma", "içki" yaxud "pizza dilimi" ola bilər. Bu ritm yaxud xoşagəlimli səs (qulaqcıqdakı musiqidən tutmuş küçə-yeraltı keçiddə ifa edən musiqiçilərə qədər) ola bilər. Çəkinmədən maraqlı bir şeylər edin. Həyatda hər anın dadını çıxarın.
☘️ Valideynlərinizin yaxud başqa bir şəxslərin (fərq etməz) sizi hədəfinizdən, həzz və istəklərinizdən məhrum etməyə icazə verməyin, buna böyük səbəb bu həyatın, bədənin və ruhun sizə məxsus olmasıdır.
☘️ Tez və mənalı qərar verin, bəzən fiziki qaçın, bəzən fiziki asta gedin əsas məqsəd düzgün nöqtəyə çatmaqdır.
☘️ Zəhər insanlara (sizin əhval ruhiyyənizi pozan, mood'nuzu aşağı salan insanları) fikir verməyin, çünki onlar zəhərlənib və sizi də zəhərləyə bilərlər, bu ehtimaldır və heç kim sığortalanmayıb.
☘️ Açığı danışın, dürüst olun, nə varsa onu deyin, sonra demədiyiniz sözlər sizi ruhən yeyib bitirər. Doğru söz acı ola bilər, amma deyilməlidir.
☘️ Həyatınıza məna qatın. Tövsiyələr sizə dəyərlər də qata bilər, sizi uçuruma da apara bilər, məsləhətləri dinləyib, beyninizdən keçənləri edin, ürəyi beyinə tabe etməyə məcbur edin (bir müddət sonra alışqanlıq yaranacaq).
☘️ Səliqəli geyinib, saçlarınızı səliqədə saxlamağı da unutmayın. Nə də olsa insanları görünüşə görə qarşılayırlar:)
☘️ Hər şeydə bir məna var, yetər ki, axtarın, adi ağac yarpağının da həyatda vəzifəsi var, ilk bahar yaranıb, küləkdə əsib, rənglərə bürünüb, son baharda torpağa qarışmaq kimi məsələn.
☘️ Həyatınız boyunca gözlədiyiniz gün bir müddətdən sorna məhz "o gün" olmaz. Məktəbi bitirim, yüksək bal toplayım, Bakalavr olum, Magistr olum, onu əldə edim, bunu əldə edim, iş tapım, və s. hədəflərinizi sıralayın. Diyanmayın, həyata bağlayan səbəblərinizi də dəyişin, çünki hər biri müvəqqətidir... Sırada nə var?.…
☘️ Bəs sən dünya haqqında nə düşünürsən? Bir məqsədin və qığılcımın varsa, əminəm ki, cavabın da var.…