Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Ağarza Hüseynov
  • Ağ güllər - al qırmızı
    Ağarza Hüseynov
  • 19 Просмотры
  • 31.05.2025
  • 1 мин. чтения

Ağ güllər - al qırmızı

Sonra yazaram

Ağ güllər - al qırmızı

İnsan xatirələrini əşyalara kodlayır. Hansısa anı yada salanda mütləq həmin xatirəyə daxil olan obyektlər də təsvir olunur. Əslində keçmişi xatırlamağımıza kömək edən də onlardır. 

Şerlok Holmsun "hafizə sarayı" taktikası da bunu göstərir. O, nəyisə xatırlamaqçün hadisəni əşyalara indeksləyir. Beləliklə heç nəyi unutmur.

Əgər bir nəfər sizə yaxınlaşaraq "dostum mənə belə bir hadisə danışıb", - deyərkən, ən xırda detalları da qeyd edirsə, bilin ki, o hadisə məhz, sizə əhvalatı danışan adamın başına gəlib. 

Bəzən əşyalarla yanaşı mənasız dioloqlar da yadda qalır. 

Yeri gəlmişkən, dostumun bununla bağlı yaşadığı bir hadisəni sizinlə bölüşüm.

O, uşaq olanda iki qatilin kimisə öldürməsinə şahidlik edib. Hadisə baş verərkən dostum, digər yoldaşlarıyla gizlənqaç oynadığı üçün qonşuluqdakı həyətdə gizlənməyi qərarlaşdırıb. Ora açıq ərazi olduğundan ehtiyatla həyətdəki evə daxil olub. Otaqlardan birinə girərək pərdənin arxasında pusquda durub. Vaxt keçsin deyə örtüyün dalından ətrafı nəzərdən keçirib. Divardakı baltaya oxşar çatlaq diqqətini cəlb edib.  Bir neçə dəqiqə sonra otağa girən qatillər içəridə kiminsə olduğunu hiss etməyib. Dostum isə yoldaşlarının onu tapmağa gəldiyini düşünərək gizlənməyə davam edib. Bu vaxt çıqqıltı səsi eşidilib. Qatillərdən biri cibindəki mexanizmli bıçağın düyməsinə basıb. Dostum isə onun əlindəki sivri uclu, qəribə formaya malik əşyaya heyranlıqla tamaşa edib. Bıçağın qara qəbzəsində ağ rəngli güllər görüb. Bir...İki...Üç…

Ağ güllər birdən-birə al qırmızıya çevrilib. Qan yavaş-yavaş pərdələrə doğru axmağa başlayıb. Qatillər isə cəsədi orada qoyaraq gedib.  

Bu vaxt dostum, uzaqdan xırıltılı səs eşidib:

- Çay istəyirsən?

- İsti olsun…

Другие посты

kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.