Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Shahla Kamal
  • Nə Üçün Fizik Kimi Düşünmək?
    Shahla Kamal
  • 338 Просмотры
  • 22.08.2023
  • 5 мин. чтения

Nə Üçün Fizik Kimi Düşünmək?

Fizika ən maraqlı elm sahələrindən biridir, lakin onu tamamilə mənimsəmək asan deyil. Bu səbəbdən, insanlardan çox vaxt belə rəylər alıram: “Mən fizikanı sevirəm, amma təəssüf ki, onda məktəb vaxtında belə yaxşı deyildim”. və ya "Mən fizika ilə çox maraqlanıram, amma onu öyrənəndə çətin riyaziyyatla qarşılaşanda ruhdan düşürəm." Mənim üçün bir məsələni həll etdikdən sonra və ya bəzi hesablamaların nəticələrini təhlil edərkən aldığım sevinc və zövq bu zəhmətə dəyir. Alınmış nəticələrin nə qədər maraqlı olduğunu görmək və başa düşmək üçün hər kəs fizikada hər bir anlayış və prinsipi dərindən öyrənməyə məcbur və hər kəs fizik olmalı deyilç yəni bir çox maraqlı faktları və populyar elmi məqalələri oxuyaraq bir fizikin keçdiyi dissiplin və texniki təhsili keçmədən də anlamaq və həmin zövqü bir səviyədə almaq mümkündür. Ancaq fizikada bəzi anlayışlar üzrə ustalaşmaq və təhsil zamanı bacarıqlar əldə etmiş olmaq mənim fəxr etdiyim bir şeydir və mənə bir çox cəhətdən üstünlüklər verir. Bu gün həmin üstünlüklərdən bir neçə nümunə verərək, bir az ətraflı danışacam.

Nə Üçün Fizik Kimi Düşünmək?

Beləliklə, gəlin başlayaq: Fizika niyə belə gözəldir?

Fizika mükəmməl şəkildə məntiqlidir və riyaziyyatla üst-üstə düşür (bəzən absurd görünsə də)Mən fizikanın dünyanı ağıllı və məntiqli izah etməsini sevirəm. Təcrübələrin və hesablamaların demək olar ki, bütün nəticələri və problemlərin həlli o qədər məna kəsb edir ki, onu başqalarına izah etməkdən özünü saxlaya bilmirsən.

Fizika dərsliyində necə də, ətrafda gördüyümüz demək olar ki, hər şeyə aid təsvirlərin, təsnifatların, kəmiyyətlərin və təriflərin modellər şəklində verilməsinə heyra qalırsan. Formulanın fiziki kəmiyyətlər arasındakı əlaqəni təsvir etmə tərzi sizə fiziki hadisə haqqında aydın təsəvvür yaradır.

Məsələn: İntuitiv olaraq deyə bilərik ki, eyni sürətlə hərəkət edən velosipedi yoxsa avtomobili dayandırmaq daha asandır? 

Bəs sürətləri fərqli olan iki avtomobil olarsa, hansını dayandırmaq daha asan olar, sizcə?

Fizikada bu anlayışı ölçən kəmiyyəti impuls (hərəkət miqdarı) adlandırırlar. Hansı ki, aydın şəkildə kütlədən və sürətdən eyni dərəcədə asılıdır: yəni, p=mv.  Sadə deyilmi?

Fizika ətrafımızdakı şeyləri necə gördüyümüzü dəyişir və ona fərqli bir məna verir.Mən yaxınımdakı bir obyektə və ya hadisəyə baxıram və onu müəyyən şəkildə görürsən, lakin onun fizikasını biləndə onu tamamilə başqa cür dərk edə bilirsən və müəyyən rəngin, quruluşun və hərəkətin səbəbini daha yaxşı başa düşürsən. Üstəlik, bu, klassik dünyadan tutmuş həm kainata, həm də atomaltı miqyasda ən kiçik ölçüyə qədər hər ölçüdə və hər yerdə baş verir; elementar hissəciklərdən qalaktikalara qədər. Möhtəşəm deyil?

Beləliklə, mən kainatın bir nöqtəsindəki öz varlığımı fərqli şəkildə görə bilirəm və bu məna axtarışı zamanı varlığım haqqında özümü daha yaxşı hiss edirəm, kainatdakı rolunu və eyni zamanda təsirsizliyimi dərk edirəm. Bu qədər böyük sonsuzluğun içində olduqca kiçik və əhəmiyyətsiz olmağımı düşünmək mənə bir çox çətin vəziyyətlərdə sakit qalmağı və məsələnin həllini axtarmağı öyrədir. Eyni şəkildə, bu özümü bu qədər geniş miqyasları başa düşməyə çalışmaq, elmin və kainatın sərhədləri ilə maraqlanmaq üçün kifayət qədər böyük olduğumu hiss etdirir.

Mən inanmıram ki, bütün varlıq üçün tək bir səbəbin olsun və ya hər şeyin varlığının bütün səbəblərini tək bir nəzəriyyədə və ya elmdə toplamaq mümkün olsun, amma fizikanın araşdırdığı məsələlərdən və  indiyə qədər ortaya çıxartdığı və hələ də  böyük maraqla axtarmağa davam etdiyi “niyə” suallarına fizikanın verdiyi cavablardan qane oluram. Məncə elm budur.

Fizika sizi ağıllı edir və anlayışın sərhədlərini genişləndirirFizika təhsilinin tələb etdiyi disiplindən keçərkən, zehninin mürəkkəb vəziyyətləri başa düşməyə, yeni vəziyyətlərə asanlıqla uyğunlaşmağa, daha sürətli öyrənməyə və ən səmərəli şəkildə çox işləməyə imkan verəcək şəkildə formalaşır.

Məsələn: Fizikanın müxtəlif nəzəriyyələri hazırlama üsulu və onları daha yaxşı təhlil etmək üçün qurduğu modellər  ilə nəzəriyyənin proqnozlarını sübut etmək üçün dəlillər axtarır, zehni əmək və fiziki intizam tələb edir. Eyni zamanda, sizə özünü inkişafda peşəkar olmağı öyrədir və sizə müxtəlif faydalı bacarıqlar inkişaf edir. Bu bacarıqlar həm peşəkar, həm də şəxsi həyatda çox dəyərli olur.

Bu zaman qazandıqları aşağıdakı bir çox rəqabətli şəxsi keyfiyyətlər və qabiliyyətlər fiziklərin bir çox fərqli sahələrdəki karyera uğurlarını izah edir:

Çalışqan olmaq, 

Problem həll etmək bacarıqları, 

Səbir və dürüstlük

Yaradıcılıq, Özünə inam, 

Müstəqillik, 

Zəka , 

Risk götürmək cəsarəti,

Fərqli sahələrdə, tapşırıq və işlərdə sürətli adaptasiya bacarığı

Fizikanı bilmək təkcə akademik olmaq və ya Nobel mükafatı almaq üçün lazım deyil. Bunlar sadəcə bir fizik üçün bacarıqları ilə uğur qazana biləcəyi bir çox yollardan ikisidir. Məhz elə buna görədir ki, kimsə tamamilə fərqli bir karyerada uğurlu və məşhur olduqda, onun təhsilini araşdırdığınız zaman, orada əksər hallarda fizika təhsili və ya fizikaya maraq vardır.

Bu hekayədə mənimlə olduğunuz və oxuyaraq vaxtınızı fikirlərimə sərf etdiyiniz üçün təşəkkür edirəm. Mən sizin vaxtınızı qiymətləndirirəm və məzmunu vaxtınıza və oxu məqsədlərinizə dəyər etməyə çalışıram.  

Növbəti hekayəmdə görüşmək ümidi ilə. Maraqla qalın!

Другие посты

Tənbəlliklə necə bacaraq?

Tənbəlliklə necə bacaraq?

  • 130 Просмотры
  • 23.08.2024
  • 11 мин. чтения
Hər gün hədəflədiyimiz müxtəlif işlərin günün sonunda görülməmiş qalmasından qaynaqlana bilər ki, özümüzü tez-tez tənbəlliklə günahlandırırıq. Bu güna ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.